Anxel Di Mariya Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu buraxa bilər.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu bu mərhələnin ilk duelində - "Mançester Yunayted” - PSJ matçında (0:2) UEFA-nın "qara siyahı”sına düşüb.
Səbəb daha əvvəl "Mançester Yunayted”in də uğurları üçün çalışmış argentinalının yerli azarkeşləri qıcıqlandırmasıdı. Fanatların ona atdığı pivə şüşəsini yerdən götürərək içirmiş kimi jest edib, daha sonra kənara tullayan yarımmüdafiəçi təxribatçılıqda günahlandırılsa, cəza olaraq ikinci görüşü kənardan izləyəcək.
Qeyd edək ki, "Old Trafford”da parislilərin vurduğu hər iki qolun ötürməsi Di Mariyadan gəlib.
Fanat.Az