Paulo Dibalanın "Yuventus"dakı gələcəyi müzakirə mövzusu olaraq qalır.
Fanat.Az xəbər verir ki, Kriştiano Ronaldonun gəlişindən sonra arxa plana düşən argentinalı hücumçu ilə "Mançester Siti" maraqlanır. Hətta İngiltərə klubunun icraçı direktoru Ferrano Sorianonun "Yuventus"un "Latsio"nu 2:1 hesabı ilə yendiyi qarşılaşmada onu tribunadan izlədiyi deyilir.
Lakin "Yuventus" Dibalanı satmaq istəmir. Turin klubu argentinalı ulduz üçün 120 milyon avrodan artıq təklif gələcəyi halda onun gedişinə razılıq verəcək.
Başqa bir məlumata görə, isə "Yuventus" Dibaladan "Liverpul"dan Məhəmməd Salahın transferində istifadə edə bilər. İtaliya mediası iddia edir ki, İtaliya və İngiltərə klubları Salahla Dibalanı dəyişdirə bilər. "Tuttosport" yazır ki, bu dəyişikliyin mösümün sonunda baş tutmaq ehtimalı böyükdü.
Fanat.Az