Türkiyənin Dənizli şəhərində fəaliyyət göstərən və peyk vasitəsi ilə yayımlanan bir telekanalda maraqlı evlilik təklifi reallaşıb.
Fanat.Az xəbər verir ki, kanalın 28 yaşlı idman aparıcısı Musa Uçak 24 yaşlı sevgilisi Elif Koyuncuya canlı yayımda evlilik təklif edib.
Bir il əvvəl tanış olduğu sevgilisini idman proqramından sonra görüşmək bəhanəsi ilə telekanala çağıran Musa Uçak verilişin sonunda ona sürpriz edib.
Canlı yayımlanan idman proqramının sonunda çıxış edən şərhçi "Sizə də sürpriz olacaq. Özüm üçün 5 dəqiqənizi ayırmağınızı xahiş edirəm" deyərək sözə başlayıb: "Bu qədər vaxtda qarşınıza çıxaraq proqramlarımızla idmanı həyatınıza qatdıq. Bu gün idmanı həyatla görüşdürmək istəyirəm. Varlığı ilə məni şərəfləndirib, birlikdə yaşamaq arzuları qurduran Elif Koyuncuya hüzurunuzda bir sual vermək istəyirəm".
Bundan sonra sevgilisinin öünündə diz çökən Musa Uçak "Birlikdə gülməyə, birlikdə bir həyat qurmağa, həyatın sonuna qədər birlikdə olmağa, bir ömür mənimlə keçirməyə razısan? Mənimlə evlənərsənmi?" deyib.
İngilis dili müəllimi olan sevgilisindən "hə" cavabı alan Musa Uçak üzüyü onun barmağına taxıb.
"Heç gözləmədiyim bir anda oldu. Canlı yayımda belə bir şeyin olması məni çox təəccübləndirdi. Bu sürpriz məni çox xoşbəxt etdi" deyə Elif Koyuncu bildirib.
Fanat.Az