00:19 15.02.2019 1820

"Azərbaycanın belə gözəl olduğuna təəccübləndilər"

"Qarabağ" klubunun baş meneceri və Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun büro üzvü Asif Əsgərovun müsahibəsi

- ECA regional iclasının Bakıya salınmasında əsas məqsəd nədən ibarət idi? 
- Əsas məqsəd Azərbaycançılığı təbliğ etmək və tanıtmaq idi. Bu iclas Ermənistanda, Gürcüstanda və ya başqa ölkədə də ola bilərdi. Digər tərəfdən, regional iclaslar tez-tez olmur. ECA-nın il ərzində iki dəfə Baş Assambleyası olur. Bu, mart və oktyabr aylarına təsadüf edir. Amma Baş Assambleyalara kimi məsələlər regional iclaslarda müzakirə olunur. Bu isə hər Assambleyadan qabaq 4-5 ölkədə baş verir. Ötən ilin oktyabrında qurumun üzvlərini Azərbaycana dəvət etdik ki, gəlin, bir dəfə də toplantımızı Bakıda təşkil edək. Axı həmişə iclasları Avropanın mərkəzində etmək olmaz. Çox sağ olsunlar ki, təklifimizə müsbət cavab verdilər. Qərara alındı ki, fevralda növbəti iclas Bakıda keçirilsin.

- Bu təşəbbüs kimdən və hansı zərurətdən irəli gəldi?
- Təşəbbüsün kimi tərəfindən olmasının fərqi yoxdur. "Qarabağ" və "Neftçi" ECA-nın əsas, "Qəbələ" isə assosiativ üzvüdür. Bu təşəbbüs iclasların birində irəli sürüldü. Məsələ oldu ki, növbəti toplantılar hələ ki, planlaşdırılmayıb. İclasın keçiriləcəyi yerin təsdiqlənmədiyini biləndən sonra biz də təklif etdik ki, Bakıda təşkil olunsun. İclas bizdən bir həftə öncə Fransada olmuşdu, növbəti həftə isə Çexiyada olacaq. Təklif etdik ki, bu şəhərlərdən biri niyə Bakıda olmasın? Toplantını bura salmağımıza da çox sevindik.

- Qonaqların səfəri necə keçdi?
- Normal alındı. Qonaqlara şəhəri göstərmək imkanımız da oldu. Hiss etdiyimiz qədəri ilə bura gələnədək Azərbaycan onların fikirlərində tam başqa cür olub. Ölkəmizin belə gözəl olduğuna təəccübləndilər. Bu isə bizi sevindirdi.

- Regional İclasda müzakirə olunan məsələlər barədə daha geniş məlumat verərdiniz...
- Biz 2021 - 2024-cü illərdə keçiriləcək yarışları müzakirə etdik. Bu müddət ərzində Çempionlar Liqasında dəyişiklik olması gözlənilmir. Bu turnirin sabit qalacağı artıq təsdiqlənib. Avropa Liqasından başqa növbəti turnir də nəzərdə tutulur. Adı hələ ki, müəyyənləşməyib. Bu barədə müzakirələr gedir. Hazırda Avropa Liqası-2 kimi təqdim olunsa da, bu ad müvəqqətidir. Ona başqa ad qoyulacaq. Sadəcə, şərti olaraq Avropa Liqası-2 deyilir. Hazırda turnirin reqlamenti, oyunların hansı günlərdə keçirilməsi kimi məsələlər müzakirə olunur. Avropa Liqası-2 iştirakçıları ölkələrin reytinqləri əsasında müəyyənləşdiriləcək. İndiki halda Azərbaycan 23-cü yerdədir. Azərbaycana yaxın olan və reytinqdə 17-ci pillədən sonra olan ölkələrin komandalarının mübarizəyə Avropa Liqası-2-dən başlamaları planlaşdırılır. Avropa Liqası-2 üçün klublara ayrılacaq ödənişlərin nə qədər olacağı da müzakirə mövzusudur. Yəni, klublar təsnifat mərhələsində və qruplarda nə qədər qazanacaqlar? Bunlar hələ ki, müəyyənləşməyib. Hazırda bu yöndə danışıqlar gedir, klubların da fikirləri öyrənilir. Ölkəmizə Rusiyanın "Zenit" və MOİK, Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının qərar verən şəxsləri gəlmişdilər. Hərə də öz fikrini dedi. Hazırda UEFA reytinqində Rusiya 6-cı, Türkiyə 10-cu yerdədir. Onların klublarının hərəsi özünə uyğun məsələləri qaldırdılar. Digər tərəfdən, ölkə kubokunun qalibinin hansı mərhələdən mübarizəyə qoşulacağı sualları ortaya çıxmışdı. İndiki mərhələlərdə bu da müzakirə olunur və klubların fikirləri öyrənilir, çoxluğun fikri əsas götürülür. Daha sonra UEFA qərar verir. ECA-nın verdiyi təkliflər 99 faiz halda UEFA-da təsdiqlənir. ECA-nın iclaslarında fikirlərini bildirmək klublar üçün çox önəmlidir. O biri klublar da bunun vacib olduğunu bilirlər. Sağ olsunlar ki, gəldilər və Azərbaycanda da iştirak etdilər.

- Avropa Liqası-2 turnirinin Azərbaycan üçün üstünlüyü nədən ibarət ola bilər? Bu turnirdən sonra Avropa Liqasının qrupuna düşmək çətinləşməyəcək? 
- Hazırda müzakirə olunan reqlamentə əsasən görünən budur: Çempionlar Liqasında iştirak edən Azərbaycan çempionu bir tur keçsə, ən azı Avropa Liqası-2-nin pley-offuna kimi gedib çıxacaq. Çünki bir tur keçəndən sonra, ikinci turdakı məğlubiyyət Avropa Liqasının III təsnifat mərhələsində oynamaq deməkdir. Avropa Liqasının III təsnifat mərhələsində məğlub olmaq isə Avropa Liqası 2-nin pley-offu anlamına gəlir. Çempion olan komandanın xüsusi üstünlükləri var. Avropa Liqası-2 turnirinin başqa bir üstünlüyü ondan ibarətdir ki, orada ölkənin UEFA reytinqində özünə yaxın klublar çıxış edəcək. Reytinqdə 17-ci pillədən başlayaraq, Azərbaycanın mövqeyinə yaxın olan ölkələrdən söhbət gedir. O ölkələrin klubları ilə eyni qrupa düşmək şansımız daha çox olacaq. Biri var ki, III təsnifat mərhələsində Top-5 ölkələrin klubları ilə düşəsən və mərhələ keçmək şansların çox çətinləşsin. İndiki halda isə Avropa Liqası 2-də oynayacağın komandalar reytinqcə bir-birinə yaxın ölkələrdən olacaq. Onda qrupa düşmək ehtimalı da artır. Avropa Liqasında 4 mərhələ keçmək lazımdır. Avropa Liqası-2 turnirində isə mübarizənin II təsnifat mərhələsindən başlaması müzakirə olunur. Bu, böyük ehtimalla belə olacaq. Yarışların keçirilməsi üzrə İşçi Qrupunun da üzvüyəm. Orada hiss elədiyim qədəri ilə yəqin ki, Avropa Liqası-2-də I təsnifat mərhələsi olmayacaq. Bu isə o deməkdir ki, bir tur keçmiş kimi olursan və qrupda oynamağa bir addım daha yaxınsan. İndiki halda Avropa Liqasında 48 komanda oynayır. Avropa Liqa-2-dən sonra komandaların sayı 64-ə qalxacaq. Bu isə o deməkdir ki, əlavə 16 komandaya yer açılır və daha çox komandamız şanslıdır ki, qrupa düşsün. Belə detallarla yanaşı, sual doğuran məsələlər də var. Elə regional iclasların keçirilməsində məqsəd də odur ki, sonda klubların mənafeyinə xidmət edən qərarlar verilsin.

- Rusiya və Türkiyənin nəhəng klubları Bakıya gəlmişdi. "Qarabağ" klubu olaraq, onların hansı iləsə əməkdaşlıq planlaşdırırsınız? 
- Avropa klubları ilə həm şəxsi, həm də klub olaraq normal münasibətlərimiz var. Təşkilati baxımdan bütün lazımi işlərdə onlardan kömək də istəyə bilirik. Klublara bir telefon zəngi qədər yaxınıq. Futbol məsələlərinə gəldikdə, hər klubun özünün skaut sistemi var. Bu sistemə uyğun olaraq, onlar öz transfer siyəsətlərini yerinə yetirirlər. Birbaşa həmin klublara çıxışımız var. Bizim heyətdən futbolçu istəyi olacağı halda, həmin klublarla heç bir problemsiz danışmaq imkanına malikik. 

Mənbə: sportnet.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X