Avropa Liqasında 1/16 final mərhələsinin ilk görüşləri geridə qaldı.
Fanat.Az xəbər verir ki, UEFA artıq turnirdə həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb. Siyahıda Ross Barkli ("Çelsi"), Ruben Sobrino ("Valensiya"), Lyudek Perniça ("Viktoriya Plzen") və Xose Kalyexonun ("Napoli") adları var.
Qurumun saytına daxil olmaqla səsvermədə iştirak edə bilərsiniz.
Fanat.Az