"Səbail” Premyer Liqanın 17-ci turunda "Sabah”la üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, Bakı təmsilçisinin müdafiəçisi Şəhriyar Rəhimov klubun sosial şəbəkə hesabına sözügedən qarşılaşma barədə fikirlərini bildirib:
"Sabah” komandası ilə oyunda şanslarımızı reallaşdıra bilsək, 3 xal qazanacağımıza inanıram. Biz qalibiyyətə köklənmişik!”
"Səbail” – "Sabah” matçı fevralın 17-də, saat 15:00-da başlayacaq.
Fanat.Az