Qazaxıstanın "Tobol” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi komanda "Olimpik”lə (Donetsk) qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda böyük hesablı məğlubiyyətlə üzləşib – 1:4.
Balayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, penaltidən qol buraxaraq fasilədə əvəzlənib.
Fanat.Az