Xəbər verdiyimiz kimi, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören istefa verməyə hazırlaşır. Belə ki, onun rəhbəri olduğu "Demirören Holdinq"in "Scientifi c Games"lə birlikdə "İddia" tenderinin qalibi olacağı deyil. Bu səbəbdən TFF rəhbəri postundan istefa verəcək.
Fanat.Az xəbər verir ki, artıq federasiyanın yeni rəhbərinin kim olacağı açıqlanıb. İddia olunur ki, Yıldırım Demirörendən sonra seçkiyə qədərki 4 ayda TFF-yə hazırda qurumun 1-ci vitse-prezidenti və UEFA İdarə Heyətinin üzvü Servet Yardımcı başçılıq edəcək. O, seçkilərdə də namizədliyini irəli sürəcək.
Fanat.Az