Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə 2 qarşılaşma baş tutub.
Günün ilk oyununda "Səbail" "Sabah"ı qəbul edib. Oyunda bir qol vurulub və meydan sahibləri qələbə qazanıb. Yeganə qola 64-cü dəqiqədə Ağabala Ramazanov imza atıb. Bu qələbədən sonra xal hesabını 27-yə yüksəldən "Səbail" 3-cü pillədəki möqeyini möhkəmləndirib. "Sabah" isə 20 xalla 5-ci yerdə qərarlaşıb.
Tura "Qarabağ”la "Qəbələ” arasında mərkəzi oyunla yekun vurulub. Ağdam klubu "Neftçi”nin büdrəməsindən istifadə edərək xal fərqini minimuma endirib - 2:1. Mövsümün ikinci yarısında xal itirməyən qonaqların uğurlu seriyası başa çatıb.
Oyunda vütün qollar ilk yarıda vurulub. Hesabı 4-cü dəqiqədə penaltidən Riçard Almeyda açıb. 29-cu dəqiqədə Cavid Hüseynov bərabərliyi təmin etsə də, bir dəqiqə sonra sabiq komandasını məyus edən Filip Ozobiç "Qarabağ"a qələbə qazandırıb.
Qeyd edək ki, dünən "Keşlə" "Sumqayıt"a qalib gəlib (2:1), "Neftçi" "Zirə" ilə "sülh" bağlayıb (0:0).
Premyer Liqa
2018/19 mövsümü
III dövrə, XVII tur
17 fevral
Səbail - Sabah 1:0
Qol: Ağabala Ramazanov, 64.
Səbail: 1. Aleksandr Rıbka, 4. Enrike Perilyo, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Oke Akpoveta, 28. Kevin Kubemba, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 3. Tamazi Tsetsxladze, 9. İmanol İriberri, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 33. Tome Kitanovski.
Baş məşqçi: Aftandil Hacıyev.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 15. Erik Ramos, 17. Təmkin Xəlilzadə, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
"Bayıl Arena”.
Qarabağ - Qəbələ 2:1
Qol: Riçard Almeyda, 4-pen. Filip Ozobiç, 30 - Cavid Hüseynov, 29.
Qarabağ: 13. Vaqner, 5. Maksim Medvedev, 7. İnnoset Emeqara, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 18. İsmayıl İbrahimli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 70. Nicat Süleymanov, 77. Donald Gerye, 99. Reynaldo Silva.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 2. Amin Seydiyev, 4. Elvin Camalov, 9. Davit Volkov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 77. Samir Qurbanov, 88. Sabien Lilay, 98. Rövlan Muradov.
Baş məşqçi: Sənan Qurbanov.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Tofiq Bəhramov adına Respublika stadionu.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Neftçi |
17 |
11 |
5 |
1 |
29:11 |
38 |
2 |
Qarabağ |
17 |
11 |
4 |
2 |
37:16 |
37 |
3 |
Səbail |
17 |
8 |
3 |
6 |
20:16 |
27 |
4 |
Qəbələ |
17 |
6 |
5 |
6 |
20:20 |
23 |
5 |
Sabah |
17 |
6 |
2 |
9 |
14:22 |
20 |
6 |
Keşlə |
17 |
4 |
3 |
10 |
18:29 |
15 |
7 |
Sumqayıt |
17 |
4 |
3 |
10 |
14:25 |
15 |
8 |
Zirə |
17 |
3 |
5 |
9 |
14:27 |
14 |
Bombardirlər |
Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ), Marko
Deviç (Sabah) - 7. Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi) - 6. |
Qeyd |
IV turda "Zirə"yə, VIII turda isə
"Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib. |
Fanat.Az