"Bu yarışmada duyğusal insanlara yer yoxdu. Bu mübarizədə xarakter lazımdı. Bunu komandaya aşılamağa çalışırıq. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdi. Bu gün elə oldu. Oyundan sonra futbolçularımızı tərbik etdim. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxırıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın XVII turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə yenilən "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Futbol bizi razı salsa da, son nöqtəni qoya bilmədik. Bunun üzərində işləyəcəyik. Futbolçu qaydalar çərçivəsində aqressiv olmalıdı. Mübarizə varsa, mübahisələr də, sərtlik də, vərəqələr də var"
Qurbanov Asif Məmmədovu meydana gec buraxmasının səbəbini belə izah edib: "David Volkov özünü bir az nasaz hiss edirdi. Oyunun əlavə vaxtının belə az olacağını gözləmirdik".
Fanat.Az