11:38 18.02.2019 1889

Şəhriyar Del Gerani: "Azərbaycan futbolu autizmli uşaq kimidir…"

Bilmirəm oxucular nə düşünür, ancaq biz özümüz də artıq eyni mövzuları yazmaqdan sıxılıb, yeniliklər axtarırıq. 
 
Düşündüm ki, fərqli sahədən olan müsahiblərin idmanla, Azərbaycan futbolu ilə bağlı fikirləri sizə də maraqlı olar. 

"Facebook"da dost siyahısını bir az dolaşdıqdan sonra gözüm şair Şəhriyar Del Geraninin bir statusuna sataşdı. Bu günə kimi şairimizlə tanışlığım olmayıb. Heç sosial şəbəkələrdə də. Başqalarının paylaşımında Şəhriyar bəyin şeirlərini oxumuşam və çox bəyənmişəm. 

***

Günəşi oğurlanmış ömürlər var
açılmaz sabahları.
Tanrının unutduğu adamlar var
eşidilməz ahları.
Nədən ki
məscidlərdən ucalan ahlara qarışıb itdi
palatalarda edilən dualar.
Mən sizə demişdim axı
Allahın da tərs damarı var...

Özünə yazdım və şair həssas sadədilliklə müsahibə təklifimi qəbul etdi. 
 


Yarı zarafat, yarı ciddi sual verdim ki, bəs, "Ölkə futbolunu izləyirsiz, yoxsa  siz də "Əşşi, Azərbaycanda futbol var?!" deyib, ancaq xarici futbol liqalarını izləyirsiniz?

Və aydın oldu ki, Şəhriyar bəy uzun müddətdir nəinki ölkə çempionatını izləmir, ümumiyyətlə, futbolla maraqlanmır.

Düzü, ölkə çempionatında neçə komandanın olduğunu belə bilmirəm. Mənim qardaşım Kənan Hacıyev peşəkar futbolçu olub. İndi də məşqçidir. "Neçftçi” PFK-da - uşaq futbol məktəbində işləyirdi, təəssüf, bir qrup dələduzların ucbatından indi işsizdir. Və mən, sonuncu dəfə ölkə çempionatında 10-15 il öncə "ABN Bərdə” – "Karvan” oyununa baxmışam. Səbəb də bu. Ki, "ABN”-də qardaşım oynayırdı. Bərdəyə qonaq getmişdim. Oyun da həmin vaxta təsadüf etmişdi. Yanılmıramsa, hesab 1:1 olmuşdu, yəni o vaxtkı ölçülərlə "Karvan” məğlub olmuşdu.

- Millimizin, klublarımızın avrokuboklarda çıxışlarından da xəbərsizsiniz?
- Mən hal-hazırda Ukraynada yaşayıram. Burda - Taras Şevçenko adına Kiyev Dövlət Univeristetində magistratura oxuyuram və elmi işimlə ilgili bir ilə yaxındır burdayam. Səhv etmirəmsə, iki-üç ay öncə "Neftçi”nin, ya "Qarabağ”ın Poltava şəhərində oyunu vardı, ora da getməyə fürsət olmadı. Amma idman jurnalistləri dostlarım gəlmişdi. Oyunu bir az televiziyadan izlədim. Dostumuz Gündüz Abbaszadə şərh edirdi. Hesab yadımda qalmayıb, amma Gündüzün şərhində bir məqam yadımdadı.

- Hansı məqam?
- Oyun noyabrdaydı. Təxminən belə ifadə işlətdi ki, "Noyabr ayı Ukraynaca Listopad adlanır, nəsə heç payıza uyğun gəlmir səslənişi, romantik deyil”. Mən də "votsap”da yazdım ki, "bəy, elə ən romantik bunlardadı, "Listopad”-ın mənası "yarpaq tökümü” deməkdir ukraynacadan tərcümədə”.  O da qeyd etdi bu detalı. Gündüz uğurlu şərhçidir. İlkin Rüstəmzadənin, Mehman Rəsulovun da gözəl reportajlarına rast gəlmişəm. Hər ikisinin intellektinə, istedadına bələdəm. Hə, bir də Tural Xudiyevin köşəsi vardı Poltavadan. Tam səmimi deyirəm, mənim üçün əməlli-başlı gözlənilməz oldu o yazı. İdman jurnalisti hara, o tövr təsvirlər səyahətçiliyi, metaforalar kəhkəşanı, təhkiyə hara? İlk dəfəydi bir idman jurnalistinin elə bir məqaləsini oxuyurdum. Bəlkə də o məqaləni yazıçı dostlardan kimsə yazsaydı, təəccüb etməz idim. Amma o məqalənin bir idman jurnalisti tərəfindən yazılması gözlənilməz idi mənim üçün. Ümumiyyətlə, ədəbiyyata çevrilməyən hər şey mənasızdır çağdaş dünyada. Mənə elə gəlir, Azərbaycanın idman ədəbiyyatını Tural Xudiyev yazacaq.
 
- Hər birimizin uşaqlıqda idmanla, xüsusilə futbolla bağlı xatirələri olub. Sizin bizimlə paylaşa biləcəyiniz xatirəniz varmi?
- Xatirələrim çoxdur, amma indi o illərə getmək hövsələm yoxdu. "İntihar hörüyü” romanında bəhs etmişəm o məşum illərdən. Biz müharibə dövrünün uşaqları idik. Ərazi olaraq da müharibənin "sərhəddində” – İmişlidə keçən uşaqlıq… Qaçqın düşmüş soydaşlarımızın gəlişi, yerləşməsi. Bütün bunları təsvir etmək üçün film lazımdı, müsahibə işi deyil. İşğal olmuş bütün rayonlarımızdan axın vardı Arana. Və o illərdə çörəyi güclə tapırdıq, nəinki futbol oynamaqçün topu. Xlor qablarının, şirə qablarının ağzını kəsirdik ki, ayağımız əzilməsin zərbə vuranda. Ona görə bizimkisi futboldan çox "futsokqabı”, "futxlorqabı” idi. Söz verirəm, sizin saytınıza bir köşə yazaram bu barədə.

- Çox maraqlı olar. Gözləyəcəyik. Bəs, hansısa idman növüylə məşğul olmusunuzmu?
- Mən 6 il sərbəst güləşlə məşğul olmuşam. Aşağı-yuxarı məhəlli uğurlarım da olub, amma indi onlardan danışmaq gülməli görünər. Mən kitabı seçdim və onun peşindəyəm. Və açığı, aşırı fiziki əmək tələb edən bütün növ idman növlərinin əleyhinəyəm. Bu, təsdiq olunmuş elmi faktdır. Ki, fiziki əmək insanı zehni şikəst edir. Məncə, zamanla aşırı fiziki əmək tələb edən idman növləri itib gedəcək. Və ya getməlidir. İnsanlara bədbəxtlik gətirir.

- Fikir vermisinizsə, son illərdə idmana ölkə səviyyəsində çox pullar ayrılıb, klublar futbolçulara nə qədər pullar xərcləyir. Bu insanlarda belə fikir formalaşdırıb ki, oxuyanların pulu olmur. Loru dildə desək, "baş dolu, cib boş olmaqdansa", əksininn tərəfdarıdırlar. Buna münasibətiniz necədir?
- Dünyanı heç bir zaman "muskul" idarə etməyib, taa əzəldən qafa idarə edib. Bu, öz yerində. Bilirsiniz, qədim zamanlarda insanları döyüşdürüb əyləniblər, indi də mahiyyətcə eynidir, forma dəyişib sadəcə. Rast ki bu söhbətimizi sayt üzərindən oxuyacaqlar, o zaman özümü intellektual göstərmək niyyətindən daşınıram və oxuculara google-a "Qladiator" yazıb axtarış vermələrini təklif edirəm. İdman sadəcə bir əyləncə növüdür.  O ki qaldı "baş dolu, cib boş" məsələsinə, siz mənə Bill Qeyts və ya bizim feysbuk dostumuz Mark kimi cibidolu idmançı göstərə bilməzsiniz. (gülür)...
 
Və inanıram ki, boş-boşuna idmana səpələnən milyardlardan nə zamansa Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına da ayrılacaq. Bilirsinizmi, dünyada heç bir idmançıya xatir həmin millətə hörmət eləmirlər, rejissoruyla, yazıçısıyla, şairiylə, alimiylə təqdim olunur millətlər. Dünya Viktor Hüqoya, Henrix Heyneyə görə rəğbət bəsləyir fransızlara, hansısa futbolçu Zidana, karateçi Mişelə görə yox. Dünya Argentina xalqını Messinin "butsilərinin şporlarından” deyil, Borxesin eynəyindən, qələmindən baxır, xarakterizə edir, etnosu səciyyələndirir.

- Qısacası, Şəhriyar bəy idmanı sevmir...
- Məşğuliyyət kimi sevirəm, həyat tərzi olaraq deyil. Mən daha çox əyləncəli-intellektual idman növlərini sevirəm. O cümlədən futbolu da intellektual oyun növü hesab edirəm. Mənim əleyhinə olduğum sadəcə döyüş növləridir. İki insan bir-birini niyə döysün ki? Ümumiyyətlə, bu, hansı ehtiyacdan yaranır? Və məncə, heç bir döyüş növü gerçək mənada idmana aid edilməli deyil.

- Azərbaycan futbolu barədə son olaraq nə deyə bilərsiniz?
- Mənim üçün Azərbaycan futbolu autizmli uşaq kimidir. Nə hansısa xüsusi mərkəzə vermək olur, nə də evdə saxlamaq. Bütün xəyallarına, arzularına yaddır, amma nə etməli, doğmadır. Azərbaycanda futbolun olmaması daha pis olardı, nəinki zəif də olsa, mövcudluğu. Yeri gəlmişkən, hazırda qardaşımgil Regional çempionatda "İmişli” FK klubuyla çıxış edirlər, birinci yerdədirlər. Başda Kənan Hacıyev, Samir Babayev, Samid Həsənov olmaqla bütün kollektivə uğurlar arzu edirəm. Tam səmimi deyirəm, Azərbaycan Regional çempionatı Çempionlar liqasından daha maraqlıdır mənim üçün. Ən azı ona görə ki, səmimidir, dürüstdür, gerçəkdir. Ən azı bukmeker kontorları idarə etmir onları. Çağdaş dünya futbolu isə bukmekerlərin marionetkasıdı. Başqa heç nə.
 
Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X