12:55 18.02.2019 1533

Elçin Mustafayev: \"Məqsədim Azərbaycan millisinin aparıcı futbolçusu olmaqdı\"

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən "Sabah-2” komandasının kapitanı Elçin Mustafayevin "Report”a müsahibəsi...

- Peşəkar səviyyədə keçirdiyiniz ilk mövsümdə kapitan sarğısını daşıyırsınız. İyulun 5-də 19 yaşı tamam olacaq bir futbolçu üçün bu, ağır yük deyil?
- Kapitanlıq böyük məsuliyyətdir. Bu funksiyanı qış fasiləsindən sonra yerinə yetirirəm. Fikrimcə, hər bir futbolçu yaşından asılı olmayaraq, bunun ağırlığını hiss edir. Ancaq "sarğı"nı daşımaq həm də qürurvericidir. İstər müdafiəçi, istərəs də kapitan kimi işimin öhədsindən gəlmək üçün bütün gücümü ortaya qoyuram. Futbol komanda oyundur, burada fərdlər böyük ölçüdə hər şeyi həll edə bilməz.



- Bunadək AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda oynamısınız. Həmin turnirlərlə I Divizion arasında fərq böyükdür?
- Futbola Masazırda, "Əlincə” klubunda başlamışam. İlk məşqçim Zaza Çankvetadze olub. Sonra hazırkı baş məşqçimiz Vasif Haqverdiyev gəldi və onunla birgə komanda şəklində "Vətən” klubuna getdik. Orada 2016/2017 mövsümündə U-17 liqasının çempionu olduq. Ardınca komanda formasında "Səbail”ə keçdik və U-19 liqasında 2-ci yeri tutduq. Ötən yay isə yenə komanda şəklində "Sabah”a gəldik. Əlbəttə, müqayisə aparsaq, müəyyən fərqlər var. Yaş artdıqca, oyunçuların səviyyəsi də yüksəlir. Burada həm Premyer Liqa klublarının əvəzedici komandaları, həm də "Tovuz Turan”, "Ağsu”, "Şüvəlan”, MOİK kimi kollektivlər var. Xüsusən də adlarını çəkdiyim klubların heyətində elita təcrübəsi olan çox sayda futbolçu var. Bu cür rəqiblərə qarşı oynayanda bərkiməyə başlayırsan.

- Klubla yanaşı, milli karyeranız da var. Baş məşqçi Vüqar Məmməd tərəfindən U-19 yığmasına dəvət almısınız...
- Bəli, daha əvvəl U-16 millisinin seleksiya xarakterli məşqlərində olmuşam. Lakin ilk dəfə U-19 komandasına dəvət alıb, təlim-məşq toplanışlarında iştirak etmişəm. Sonuncu dəfə ötən ilin dekabrında Bakı toplanışına qatılmışam. Rusiya və Kosovo ilə yoldaşlıq oyunlarında da iştirak etmişəm.



- Bəs, bu il niyə çağırılmamısınız?
- Bu, baş məşqçinin seçimidir. Belə uyğun görüblərsə, demək, üzərimdə daha da çox çalışmalıyam. Ölkəsinin əsas komandasında oynamaq hər bir oyunçunun arzusudur. Məqsədim Azərbaycan millisinin aparıcı futbolçusu olmaqdır. Buna nail olacağıma inanıram.

- Millidə örnək götürdüyünüz futbolçu kimdir?
- Sağ cinah müdafiəçisiyəm. Yığmada bu mövqedə uzun illərdir Maksim Medvedev çıxış edir. Onun kimi təcrübəli futbolçularımızdan öyrənəcəyimiz çox şey var. Kumirim isə braziliyalı Dani Alveşdir. Özüm "Barselona" azarkeşiyəm, onu isə Kataloniya komandasında çıxış etdiyi vaxtdan izləyirəm.



- Hələlik "Sabah”ın əsas komandasının heyətində Premyer Liqada debüt etməmisiniz. Lakin Azərbaycan Kubokunun 1/8 finalında "Ağsu”nu 3:0 hesabı ilə məğlub etdiyiniz görüşdə əvəzetmədən meydana daxil olmusunuz...
- Bəli, "Ağsu” ilə matçda ilk dəfə əsas komandanın heyətində meydana çıxmışam. Premyer Liqada isə şansımı gözləməliyəm. Hələ gəncəm, usta futbolçularla rəqabət aparmaq üçün təcrübə toplamalıyam. Bu günlərə gəldiyim üçün baş məşqçimiz Vasif Haqverdiyevə təşəkkür edirəm. Sevindirici haldır ki, əsas komandaya Elşad Əhmədov kimi gənclərə böyük önəm verən bir mütəxəssis rəhbərlik edir. Bəzən mən də əsas komandanın məşqlərində iştirak edirəm. Bunun özü də bizim üçün böyük təcrübə, məktəbdir. Yəni, "Sabah”da bütün gənc futbolçular diqqətdə saxlanılır. İlk hədəfim burada əsas komandaya düşməkdir. Sonrasını zaman göstərəcək.

- "Sabah-2” 19 xalla 9-cu pillədə qərarlaşsa da, ən az qol buraxan iki komandadan biridir. Sizdən başqa yalnız lider MOİK qapısında 11 top görüb. Bu, arxa xəttin güclü olmasından, yoxsa müdafiə futbolu oynamağınızdan irəli gəlir?
- Az qol buraxmağı yalnız müdafiəçilərin ayağına yazmazdım. Bu işdə bütün komandanın rolu var. Oyundan-oyuna inkişaf edirik. Bəzi matçlarda şanssızılıq oldu, qol fürsətlərimizi boşa verdik. Daha yuxarı pillələrə yüksələcəyimizi düşünürəm. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyun 2025
15:50

Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar

15:33

"Mançester Siti" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

15:06

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:50

Polşa millisində qalmaqal: Levandovski düşərgəni tərk etdi

14:10

Fransa millisinin üzvü "Çelsi"də - RƏSMİ

13:39

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

13:11

UEFA Millətlər Liqası: Finalın ən yaxşı oyunçusu bilindi

12:45

Ronaldu yeni mövsümə hansı klubda başlayacağını açıqladı

12:16

Azərbaycan badmintonçuları Venesuelada 3 "qızıl" qazandılar

11:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:13

"Göz yaşları və borcunu yerinə yetirmək hissi" - Ronaldu qələbəni dəyərləndirdi

10:51

"Mənə yalnız üzülmək və evə getmək qalır" - Alvaro Morata

10:09

DÇ-2026: İtaliya, Xorvatiya və Belçikanın ev sınağı - YENİLƏNİR

09:40

Ronaldu Messi üçün əlçatmaza çevrilir

09:00

Mourinyu "Fənərbağça"dan ayrılır - Klub prezidenti ilə görüşdü

02:29

Hələ Kriştianu Ronaldu kimisi olmamışdı

01:43

Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi oldu

00:19

"Qısa müddətdə olan inkişaf məni sevindirir" - Ayxan Abbasov

00:14

Bellingemin Almaniya nəhəngində alacağı məbləğ bilindi - SON DURUM

08 İyun 2025
23:40

"Altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq" - Yozua Kimmix

23:16

Deşam Almaniya üzərində qələbədən sonra nə danışdı?

22:57

Azərbaycanın basketbol millisi finala vəsiqə qazandı

22:23

"Birinci hissədə Fransaya üç-dörd qol vura bilərdik" - Yulian Nagelsman

21:53

U-21 Monteneqro ilə sülh bağladı

21:19

Millinin Latviya ilə matçına sözardı

20:55

Arnautoviç İtaliya nəhəngi ilə bağlı qərarını açıqladı

20:22

Almaniya - Fransa matçının ən yaxşı oyunçusu bilindi

19:52

Azərbaycanlı futbolçu Rusiya Superkubokunun qalibi oldu

19:27

Luçano Spalletti İtaliya millisindən qovuldu -RƏSMİ

18:20

İspaniya nəhəngi 16 yaşlı mərakeşlini heyətinə qatır

17:51

Xabi Alonso Avropa çempionunu "Real"da görmək istəyir - Rəhbərlik hərəkətə keçdi

17:10

"Mançester Yunayted" futbol yox, kommersiya klubudur" - Lui van Qal

16:53

Qasperini gəldi, dünya çempionu getməyə qərar verdi - SON DURUM

15:47

İspaniya nəhəngi yetirməsini geri qaytarır

15:19

Leroy Sane Türkiyə yolunda - 15 milyonluq maaş təklif olunur

14:48

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

14:15

Milli üçün "Çempionlar şənliyi" olacaq

13:56

Əliyar Ağayev Serbiyanın oyununa təyinat aldı

13:19

Ərəblər "Mançester Siti"nin ulduzunu da aparırlar

12:53

Neymar koronavirusa yoluxdu

Facebookdan bizi izləməyi unutmayın.
X