Namik Ələskərov "Neftçi”də yubiley oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "Zirə” ilə səfər matçında "ağ-qaralar”ın heyətində 50-ci dəfə çempionat oyununa çıxıb. 75-ci dəqiqədə meydana daxil olun futbolçu 50 görüşdə 7 qol vurub.
2016/17 mövsümündə 11 matçda 2, 2017/18 mövsümündə 27 oyunda 5 dəfə fərqlənən Ələskərov cari çempionatın 12 qarşılaşmasında iştirak edib.
Namik "Neftçi”nin tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 72-ci futbolçu olub. Bu göstəricidə rekord İqor Getmana məxsusdur. O, 182 matçda meydana çıxıb.
Fanat.Az