18:14 18.02.2019 2302

İki "Sabah", iki Abbasov, iki Əhmədov

Bu rəqabət o rəqabət deyil. İndi Premyer Liqamızda 5 klub çempionluğa oynamır, hər xal itkisindən sonra PFL prezidenti Ramin Musayevin qapısı qarşısında növbə yaranmır. Cəmi 8 komanda var. Onların da tən yarısı AFFA-nın "övladları”dı. Hansının daha "ögey”, hansının daha "doğma” olduğunu xırdalamaq başqa yazı mövzusudu. Əslində bu məqamı birmənalı şəkildə daşqalaq etmək də mübahisəlidi. Çünki problemin kökü gözə dərhal görünəcək qədər üzdə deyil.


Bəllidi, odlar yurdundakı futbolunun özünəməxsus "sifət cizgiləri” var. Mentallıq anlayışı bütün hallarda keçərlidi. Bir mühitdə çox, digərində bir qədər az. Amma keçərlidi. Sadə məntiqlə, idmanda ruh anlayışı qəbulediləndisə, deməli, milli kimlikdən qaynaqlanan məsələləri xırda nüans qismində dəyərləndirmək absurddu.

 

Bu gün tutaq ki, Hollandiyada elita təmsilçilərinin yarısının yerli futbol qurumunun ianələri hesabına ayaqda qaldığı üzə çıxsa, bütün hollandlar təəccüblənər. Gürcüstanda nəticə verməyən futbol funksioneri 10 ildən artıq baş katib postunda qalmaz. Macarıstanda qeyri-futbol adamları futbol klublarına başqanlıq etdiyi təqdirdə həyatını qazon qoxusu udmaqla keçirmiş kadrlar kənarda tutulmaz.

 

Nə yazıq ki, futboldan yazan azərbaycanlı jurnalistlər də reallıq və mentallıqla hesablaşmadan heç özü üçün doğru istiqamət də müəyyənləşdirə, oxucuları "sağlam qidayla qidalandıra bilməz”. Vəziyyət mürəkkəbdi. Az sayda elita təmsilçisinin məhdud büdcə ilə, eyni xətt üzrə fəaliyyətini sürdürməsi ümumi mənzərəni solğunlaşdırır. Rəqabətin artmaması sözün əsl mənasında qara dərddi. Artmayan rəqabət yumşaq desək, yerində saymaq anlamındadı. Futbol təsərrüfatında bundan qorxulu nə var ki... Digər tərəfdən, bir başın doğru saydığını doğru qəbul edib irəliləmək cəhdi də acı sonluqlar vəd edir. AFFA-dakı futbol başbilənlərinin uyğun saydığı Müşahidə Şuraları – şablon, büdcələr - şablon, bu klublarda futbolçulara verilən əməkhaqqılar – şablon, maliyyə bölgüsündəki süni balanslar – daha bir şablon. Yuxarıda qeyd etdiyimiz kimi, AFFA "övladları”nın "doğulması” da məcburi sabitlik planlarının nəticəsidi. Nəyə cəhd etdikləri bəlli həqiqətdi, fəsadları isə ümidsizlik yaradır.

 

Səhm, Açıq Səhmdar Cəmiyyət (ASC) anlayışından uzaqda iməkləyən ölkə klubları rəngarənglik, fərqlilik sarıdan arzuolunmaz durumdadı. 8 komanda Birinci Divizionu yarımpeşəkar liqaları xatırladan ölkənin elitası üçünçox azdı. Düzdü, 4 dövrəli çempionat oyun saylarını qismən tarazlayır. Ancaq bunun özündə də xoşagəlməz çalarlar var. İndiki durumda 12 rəqabətədavamlı iştirakçı ilə çempionat təşkil etmək çətin, bəlkə də mümkünsüzdü. Dirçəlişə cəhd kimi komanda sayını 10-a çatdırmaq isə vacibdi.


Sabahlarla bağlı işıqlı xəyallar qurmaq istəyiriksə, daha iki "Sabah” arzulamalıyıq. Niyə məhz "Sabah”? İlk növbədə şablonları nəhayət ki, yırtmaq, solğun mənzərəyə daha iki yeni rənglə parlaqlıq vermək naminə. Debütant Premyer Liqaya ayaq basandan bu mənada seçilib. Mövsümün yekunlarına əsasən avrokuboklarda iştirak etməyəcəyi indidən bilinən "Sabah”da özünü sübut etməyə çalışan bir neçə ad var. Vicdanla işləməyi qarşısına məqsəd qoyan, "dayday” hesabına yox, bacarığı sayəsində haqq etdiyi idman direktoru vəzifəsində çalışan Emin Abbasov, istedadlı, potensialı elə Azərbaycansayağı reallıqlar üzündən gec açılan baş məşqçi Elşad Əhmədov, elita havasını bu mütəxəssisin güvəni sayəsində ilk dəfə udan gənc futbolçular. Əslində rəhbərlikdə daha yüksək postları tutanların da çoxu Azərbaycan futbol ictimaiyyətinə yeni-yeni isinişən şəxslərdi. Abbasov – Əhmədov tandemi isə vicdan və ədalət anlayışı ilə hesablaşanlar üçün uğurlu nümunədi. Faktdı ki, həm "Futbol saatı” verilişində ədalət axtarışına çıxdığı üçün problemlər yaşamış Emin bəy, həm də xarakterində yaltaqlıq, ikiüzlülük olmadığına görə futbolçu karyerasını bitirəndən sonra uzun müddət kölgədə qalan Əhmədov özünüsübut imkanından maksimum yararlanmaq istəyir. Qara yaxmağa çalışan qaraguruhçuların "zümzümələri” fonunda bərkiyəcək, sabitlik qorunsa, gələn mövsüm daha fərqli hədəflər uğrunda mücadilə edəcəklər.

  

Şübhəsiz, 6 ayın komandasını vahid orqanizm saysaq, "Sabah” həyatı yeni-yeni anlayan körpəni xatırladır. Bu orqanizmi böyütmək, bərkitmək, ayaqda saxlamaq üçün lazım olan isə düzgünlük, özünəinam və sağlam özül üzərində qurulmuş münasibətlərdi. Ölkə klubları uzun illər elə bunun həsrətini çəkməyibmi? Qardaş doğma qardaşından oğurladığı, öz mənfəətini düşünən vitse-prezidentlər menecerlərlə əlbir olub sponsorların cibinə girdiyi üçün azarkeş orduları "sevgililər"ini itirməyibmi? Kaş o vaxt o oliqarxlar abbasovları, əhmədovları axtaraydı...

 

Bu gün Marko Deviçin zədələnməsi və ya "qırmızı” vərəqə alaraq cəzalı duruma düşməsi nəticələrdə əksini tapırsa, elitada qalmaq hədəfi ilə başlayan debütantın bəzi mövqelərində yer alan futbolçuları böyük hədəflər üçün deyilsə, yayda götürülən oyunçuların gözlənilən effekti verməyənləri qışda göndərilibsə, hər şey qaydasındadı. Zamanla təcrübə artacaq, 6 ayın komandası üçün xarakterik olan çatışmazlıqlar qaydaya düşəcək. 

 

Daha iki "Sabah”, daha iki Əhmədov, daha iki Abbasov diləyi ilə...


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X