"Roma"nın gənc ulduzu Nikolo Zaniolo anasının hərəkətlərindən narazıdı.
Fanat.Az xəbər verir ki, futbolçunun 40 yaşlı anası Françeska Kostanın sosial mediada paylaşdığı fotolara etiraz etdiyi bildirilir. İddiaya görə, Nikola anasına "Sənin 40 yaşın var. Şəkillərdə dodaqlarını niyə büzürsən? Bəsdi, daha belə şəkillər paylaşma" deyib.
Qeyd edək ki, 40 yaşı Françeska Kosta gəncliyi və gözəlliyi ilə özünə böyük izləyici kütləsi toplayıb. Hazırda onun "Instagram"da 200 mindən artıq izləyicisi var.
Qeyd edək ki, Nikolo Zaniolo ötən ilin yayında "İnter"dən "Roma"ya 4,5 milyon avroya transfer olunub. 19 yaşlı yarımmüdafiəçi bu mövsüm oynadığı 22 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az