Azərbaycan millisi Litva ilə yoxlama oyunu keçirəcək. Millimizin yeni baş məşqçisi Nikola Yurçevisin debüt matçı martın 25-də "Bakcell Arena"da baş tutacaq.
Fanat.Az xəbər verir ki, bu Azərbaycan və Litva milliləri arasındakı 3-cü qarşılaşma olacaq. Komandalar arasındakı ilk oyun 1998-ci ilin iyunun 26-da Estoniyada təşkil olunan beynəlxalq turnir çərvəsində keçirilib. Vilyandi şəhərindəki qarşılaşmada millimiz 2:1 hesablı qələbə qazanıb. Vaqif Sadıqovun başçılıq etdiyi komandamızın qollarına Rasim Abuşov v? Vyaçeslav Lıçkin imza atıb.
Azərbaycan və Litva milliləri növbəti dəfə 2008-ci ildə Vilnüsdə qarşılaşıb. Həmin vaxt komandamıza müvəqqəti olaraq Nazim Süleymanov başçılıq edib. Martın 26-da baş tutan qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bu göürşdə yığmamızdan Elnur Allahverdiyev meydandan qovulub.
Fanat.Az