"Neftçi”nin və Belçika millisinin sabiq hücumçusu Emil Mpenza həmyerlisi Eden Hazarın "Çelsi”ni tərk etməli olduğunu düşünür.
Fanat.Az xəbər verir ki, veteran futbolçu "Omnisport”a açıqlamasında belə deyib:
"Məncə, Azar "Çelsi” tarixində öz səhifəsini yazıb. İndi özünü başqa klubda sınamalıdı. Oyunçu həmişə daha güclü olmaq üçün iş yerini dəyişir. "Real” üç dəfə ardıcıl Çempionlar Liqasının qalibi olub, Azar isə "Çelsi” ilə bir dəfə də bu sevinci yaşamayıb. Deməli, daha güclü olmaq istəyirsə, Madridə üz tutmalıdı”.
Qeyd edək ki, daha öncə İspaniya mətbuatı bu keçidin reallaşacağını, madridlilərin böyük məbləğdə pul fonunda İsko Alarkonu da "Çelsi”yə verməyə hazırlaşdığını vurğulamışdı.
Fanat.Az