Bosniya və Hersoqovinə millisinin baş məşqçisi Robert Prosineçki martda keçiriləcək Ermənistan və Yunansıstanla "AVRO-2020"nin seçmə mərhələ matçları ilə bağlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, Oqnnen Vranyesi milliyə çağırmayacağını bildirib: "Bir ölkənin milli idmançısı meydanda olduğu qədər meydandan kənarda da özünü sübut etməlidi".
Qeyd edək ki, Oqnnen Vranyesin əvvəlcə serb futbolçu Duşko Toşiçin arvadı, müğənni Jelena Karleusa ilə əlaqələri üzə çıxıb. Daha sonra isə onun radikal serb millətçilərindən ibarət "Çetniklər" təşkatlatına məxsus döyməsi olduğu müəyyənləşib. "Çetniklər" II dünya müharibəsini dövründə yaranıb və həm də Prosineçkinin həmvətənləri olan xorvat partizanlarına qarşı döyüşüb.
Fanat.Az