Klublar Komitəsinin növbəti iclası keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı xəbər yayıb. Fevralın 22-də AFFA-nın inzibati binasında təşkil ediləcək tədbir saat 10:00-da başlayacaq.
İclasın gündəliyinə Klublar Komitəsinin sədri vəzifəsinə seçkinin keçirilməsi və digər məsələlər daxil olunub.
Qeyd edək ki, komitənin sonuncu sədri "Neftçi”in prezidenti Kamran Quliyev idi.
Fanat.Az