İtaliyada "İnter"in heyətindən kənarlaşdırılan və kapitanlıq sarğısından məhrum edilən Mauro İkardi ilə menecer həyat yoldaşı Vanda Nara gündəmdən düşmür.
Fanat.Az xəbər verir ki, bu olaya münasibət bildidirən Fulvio Kollovati tənqid hədəfinə çevirilib.
İtaliyanın 1982-ci il dünya çempionatının heyətində yer alan veteran futbolçu RAI kanalında yayımlanan "Quelli che il calcio" adlı proqramdakı çıxışı zamanı qadınlarla bağlı dediyi sözlər başına bəla olub.
"Bir qadının və hətta futbolçu arvadının taktika müzakirə etməsini eşidəndə mədəm ağrıyır. Matçın necə keçməsi ilə bağlı danışsalar başa düşərəm. Amma bir qadın taktikadan danışmaz. Çünki o futbolu kişilər kimi anlaya bilməz" deyə Kollovati bildirib.
Bu olaydan sonra veteran futbolçuya etirazlar başlayıb, onu sərt şəkildə tənqid ediblər. RAI telekanalınının rəhbərliyi isə Kollovatini martın 9-dək efirdən uzaqlaşdırıb.
Kollovatiyə ən sərt etirazı İtaliya qadın futbol millisinin baş məşqçisi Milena Bertolini edib: "Belə bir çıxışı qadının sadəcə yemək bişirməli olduğunu düşünən barbar millətlərdəki ibtidai zehniyyətə bağlayıram. Amma bir neçə il keçdi və soyuducu icad edildi. Lakin hələ də ağıldan kəmlər var".
Kollovati etirazlardan sonra "Twitter" hesabından bir üzr mesajı yayımlayıb: "Sözlərim qadınları incidibsə, üzr istəyirəm. Təəssüf edirəm, amma kimsəni təhqir etmək istəməmişdim. məni tanıyanlar qadınlara olan hörmətimi bilir".
Fanat.Az