"Qarabağ" futbolçusunu "Yuventus"a təklif etdi - FOTO/VİDEO
"Qarabağ"ın "Facebook" səhifəsi maraqlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Atletiko"ya uduzan "Yuventus"a söz atıb.
Belə ki, "Qarabağ" Madriddəki "Vanda Metropalitano" stadonunda qol vura bilməyən "Yuventus"a bunun yollarını göstərib. İspaniyalı yarımmüdafiəçisi Miçelin ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Atletiko"ya səfərdə vurduğu qolun videosunu paylaşan səhifədə bu sözlər yazılıb: "Yuventus”, "Atletiko”ya necə qol vurmağı görmək istəyirsiniz? Miçel, bəlkə bir oyun(luq)?"
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm "Atletiko" ilə evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə edib.