15:43 21.02.2019 1247

Elşad Əhmədov: "5-10 oyunluq hücumçu gətirmək istəmirik" - MÜSAHİBƏ

"Sabah” klubunun baş məşqçisi Elşad Əhməvoun müsahibəsi:


– Komandanın son turlarda uğursuz çıxışının səbəbi nədir?

– Məncə, bu məğlubiyyətləri bir az çox qabardırıq. "Qəbələ” ilə bir hissə 10 nəfərlə mübarizə apardıq. "Səbail”lə görüşdə isə hücumda itkilərimiz var idi. Marko Deviç cəzalı idi, Elşən Abdullayev zədələnmişdi. "Səbail”lə ilk hissədə yaxşı oynamışdıq. İkinci hissədə boşluqlarımız oldu və uduzduq. Son iki oyunda uğursuzluq yaşadıq, oyunumuz alınmadı və nəticədə, uduzduq. Ancaq bərbad oynadığımızı düşünmürəm.


– Komandada hücumçu problemi görünür. "Qəbələ” ilə keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında hücumçu axtardığınızı demişdiz. Məsələ nə yerdə qalıb?

– Axtarışlar davam edir. Bizə uyğun hücumçu axtarırıq. Hücumçular çoxdur, ancaq bizə uyğun olanları seçəcəyik. Ancaq biz 5-10 oyunluq hücumçu gətirmək istəmirik. Növbəti mövsümə indidən heyət qurduğumuz üçün, bu çempionatda oynaya biləcək oyunçu axtarırıq.


– Təmkin Xəlilzadənin qış transfer pəncərəsi dövründə "Sabah”a keçidi maraqla qarşılanmışdı. Təmkin potensialı olan futbolçudur, amma sanki ümidləri doğrultmur. Onun oyunu sizi qane edirmi?

– Təmkin yaradıcı futbolçudur, Azərbaycan millisinin də üzvüdür. Demək olar, Azərbaycanda sol cinahda oynayan sol ayaqlı nadir futbolçulardandır. Bizə gəldikdən sonra "Zirə” ilə matçda və "Səbail”lə qarşılaşmada forma geyinib. "Qəbələ” ilə matçda olmamışdı. "Zirə”yə qarşı yaxşı oyun sərgilədi. Bircə, "Səbail”lə oyunda zəif təsir bağışladı. Təmkindən gözləntilərimiz çoxdur.


– Digər yeni transferlər – Rəşad Eyubov və Coşqun Diniyevin sərgilədiyi oyundan razısızmı?

– Rəşad demək olar, tam açılışıb. Tam formadadır. Türkiyədəki təlim-məşq toplanışında da bunlar görünürdü. Ancaq hələ tam istədiyim Coşqunu ala bilməmişəm. Bilirəm, onun potensialı var və o da açılışacaq. Gəldiyindən bu yana iki oyunda olub və bir hissə oynayıb. Türkiyədəki təlim-məşq toplanışına bir az gec qoşulduğuna görə, həm də, gələndən sonra xəstələnmişdi. Cəmi 5 dəqiqə oynamışdı.


– Debütant olaraq, bu mövsüm Premyer Liqada neçənci yeri tutsaz, sizi qane edər?

– "Sabah”ın 2018-ci ildəki komandası olanda deyirdik ki, Premyer Liqada möhkəmlənmək əsasdır. Yenə də eyni fikirdəyik. Qışda yeni transferlər etdik, bacardığımız qədər yuxarı pillələrdə olmaq istəyirik.


– Həftəsonu "Qarabağ”la qarşılaşacaqsız. Ağdam klubuyla son oyunda 1:1 hesablı heç-heçə etmişdiz. Bəs budəfəki oyundan gözləntiləriniz nədir?

– "Qarabağ”a qarşı iki oyun oynamışıq. Birincidə "Əlincə Arena”da 0:2 hesabıyla məğlub olduq. 82-ci dəqiqədə qol buraxmışdıq. Düzdür, "Qarabağ”la oyunda nəticə əsasdır. İndiki halda "Qarabağ”a qarşı yaxşı oyun sərgiləmək özü xoş haldır. Son illərin çempionuna qarşı belə oynamaq, futbolçular üçün də maraqlıdır. Futbolçularım da bu oyuna tam ciddiyyətlə hazırlaşırlar.


– Marko Deviçin bu oyunda iştirak etməyə hazır olması komandanız üçün üstünlük sayılırmı?

– Əlbəttə, Deviç "Sabah” üçün vacib futbolçudur. Bizim ön xətdə əsas "silah”ımızdır.

 

Mənbə: komanda.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X