"Mançester Yunayted"in futbolçusu Antoni Martial xəyanət etdiyi hamilə sevgilisi Melani Da Kruzadan üzr istəyib.
Fanat.Az xəbər verir ki, futbolçu bu barədə "Instagram" hesabında yazıb:
"Bu aylarda etdiyim hərəkətlərlə zərər verdiyim yaxınlarım, gözəl ailəm və xüsusilə nişanlımdan üzr istəyirəm. Səhvlər etdim və buna görə çox məyusam. Bir daha əsla baş verməyəcək".
Qeyd edək ki, futbolçunun hamilə nişanlısına xəyanət etməsi xəbərini "The Sun" yaymışdı. İddialara görə, həmin vaxt Melani 8 aylıq hamilə olub. Qəzet yazır ki, həftədə 75 min funt-sterlinq qazanan futbolçu Parisdə gecəsi 70 funt-sterlinq olan ucuz bir oteldə gecəni Malika Semiçi adlı qadınla keçirib. Onlar gecə klubunda tanış olduqdan sonra otelə yollanıblar.
Fanat.Az