Rusiya Futbol İttifaqının yeni prezidenti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, RFİ-nin növbədənkənar iclasında Aleksandr Dyukov başqan seçilib.
Bunadək "Zenit”in başqanı olan Dyukovu prezident seçkilərinə RFİ-yə üzv olan 63 təşkilat namizəd göstərmişdi.
Qeyd edək ki, Mutkonun rəsmən dekabrın 19-da tərk etdiyi post növbədənkənar seçkilərədək Sergey Pryadkinə tapşırılmışdı.
Fanat.Az