Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun kimliyi bəllidi.
Fanat.Az-ın məlumatına görə, UEFA-nın azarkeşlər arasında apardığı sorğunun qalibi müəyyənləşib.
Ən çox səs toplayan "Atletiko"nun uruqvaylı legioneri Dieqo Qodin həftənin oyunçusu adına layiq görülüb. Müdafiəçi 1/8 final mərhələsinin "Yuventus"la ilk oyununda qol vurub. Qodin Tiaqo Alkantara ("Bavariya"), Ceyson Denayer ("Lion") və Rahim Sterlinqi ("Mançester Siti") qabaqlayıb.
Qeyd edək ki, "Atletiko" - "Yuventus" oyununda madridlilər 2:0 hesablı qələbə qazanıb.
Fanat.Az