"Qarabağ"la oyun həmişə maraqlı olur. Sürətli və maraqlı oyun alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.
Baş məşqçi "Qarabağ”ın sizdən çəkdiyi nədi" sualına belə cavab verib: 12 il "Qarabağ”ın uğurları üçün çalışmışam. Məndən çox onlara azarkeşlik edən olmaz. Sadəcə, uşaqlar üçün "Qarabağ”la oyun böyük stimuldu".
Əhmədov kapitan Cavid İmamverdiyevin ilk dəqiqələrdən meydanda olmamasına da toxunub: "Cavid az məşq edib. Son dörd günün ikisində məşq etməyib. Səhhətində problem yaranmıışdı, qızdırması var idi".
Baş məşqçi "Qarabağ”a qarşı oynamağın "Neftçi”yə qarşı oynamaqdan daha çətin olduğunu bildirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol