Fransa millisinin sabiq yarımmüdafiəçisi Floran Maluda "Sürix”ə qoşulub.
Fanat.Az xəbər verir ki, 38 yaşlı Maluda sözügedən İsveçrə klubunda akademiyanın və əsas komandanın hücumçularının hazırlığı ilə məşğul olacaq.
Qeyd edək ki, Floran ötən il butslarını mıxdan asıb. Onun top qovduğu son klub Lüksemburq "Differdanj”ı olub.
Fanat.Az