Portuqaliya Sequndasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Akademika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Dadaşovun adı matçın iştirak ərizəsinə salınmayıb.
"Eştoril” 23 oyuna topladığı 40 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Fanat.Az