Almaniyanın 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Duysburq”la qarşılaşıb. Futbolçumuzun komandası oyundan 0:0 hesablı heç-heçə ilə ayrılıb. Nazarov 80-ci dəqiqədə meydana çıxıb.
Bu nəticədən sonra "Ersgebirge” 26 xalla 18 iştirakçı arasında 12-ci pillədədi.
Fanat.Az