Super Liqada uğursuz çıxış edən, Avropa Liqasında mübarizəni dayandıran "Fənərbaxça" baş məşqçi dəyişikliyinə qərar verib.
Fanat.Az xəbər verir ki, Ersun Yanalı böyük ümidlərlə komandanın başına gətirən rəhbərlik artıq ondan narazıdı. Ali Koç komandanı uğursuzluq zolağından çıxara bilməyən mütəxəssisi Paulo Souza ilə əvəz etməyə hazırlaşır.
Bu barədə Portuqaliyanın "O Jogo" qəzeti məlumat yayıb. Bildirilir ki, hazırda Çinin "Tianjin Tianhai" klubunu çalışdıran 48 yaşlı mütəxəssislə danışıqlar gedir.
Qeyd edək ki, Paulo Souza əvvəllər İngiltərənin "Queens Park", "Lester", Uelsin "Suonsi", Macarıstanın "Videoton", İsrailin "Makkabi" (Təl Əviv), İsveçrənin "Bazel" və İtaliyanın "Fiorentina" klublarını, həmçinin Portuqaliyanın U-16 yığmasını çalışdırıb.
Fanat.Az