"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandasının Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanacağına inanır.
Fanat.Az-ın məlumatına görə, bu mərhələnin ilk oyununda Madriddə "Atletiko”ya 0:2 hesabı ilə uduzan Turin təmsilçisinin çalışdırıcısı ümidini itirmir. O, A Seriyasının 25-ci turu çərçivəsində baş tutan "Bolonya” ilə görüşün ardından özü belə deyib:
"Atletiko”nun futbolçularının Turində daha mütəşəkkil görünəcəklərinə əminəm. Aqressiv oynamalı, sürətli olmalı və ötürmələrdə az səhv etməliyik. Şanslarımız haqda danışsaq, əminəm ki, yolumuza davam edə biləcəyik”.
Fanat.Az