Joze Mourinyo İngiltərə Liqa Kubokunun finalında yaşanan insidenti şərh edib.
Fanat.Az-ın məlumatına görə, portuqaliyalı çalışdırıcı belə deyib: "Xoşbəxtlikdən heç vaxt belə vəziyyətə düşməmişəm. Qapıçı özünəinamı, yaxşı xarakterə sahib olduğunu göstərmək istəyirdi və bu mənim xoşuma gəldi. Amma baş məşqçini və onun köməkçisini çətin duruma salmasını bəyənmədim. Elə onun yerinə meydana çıxmağa hazırlaşan komanda yoldaşını da pis vəziyyətdə qoydu”.
"Çelsi” və "Mançetser Siti” arasında dünən baş tutan finalın 119-cu dəqiqəsində "zadəganlar”ın ispan qapıçısı Kepa Arrisabalaqa zədələnib. 0:0 hesabı ilə bitən görüşün sonlarında "Çelsi”nin çalışdırıcısı Mauritsio Sarri meydana yeni qapıçı buraxmaq istəsə də, Arrisabalaqa oyunu davam etdirəcəyini bildirib. Həmin an çılğına dönən Sarri əsəbini soyutmaq üçün texniki zonanı tərk edərək tunelə yollanıb, sonradan geri qayıdıb.
Fanat.Az