Yığmanın baş məşqçisi Nikola Yurçeviçin daha bir köməkçisinin adı bəlli olub.
Fanat.Az xəbər verir ki, Dmitri Kramarenko millidəki işini davam etdirəcək. Bu barədə "Futbol+” məlumat yayıb.
Yığma Qurban Qurbanova tapşırılanda, Kramarenko qapıçılarla işləyən məşqçi təyin edilmişdi. Millinin sabiq qolkiperinin işi yalnız əsas yığma ilə bağlı deyildi. Belə ki, o, bütün yaş qruplarından ibarət millilərin qapıçı-məşqçilərinin əlaqələndiricisi vəzifəsini də icra edirdi.
Kramarenko bundan sonra da öz işinə davam edəcək.
Fanat.Az