13:05 25.02.2019 1705

Yanğınsöndürən, çəngəl-bıçaq və Vudi Allen... - “Kolxoz” və “axmaq”ın hekayəsi

"İnter"ə baş məşqçi təyin olunan Joze Mourinyu ilk mətbuat konfransında hər kəsi təəccübləndirərək qüsursuz italyancası ilə "Mən "pirla" (Lombardiya dialektində "axmaq" anlamına gəlir) deyiləm" demişdi. Əminliklə deyə bilərəm ki, mən eləyəm. Sözü həm qadın, həm kişi cinsində ifadə edə bilərik: həm Pirlayam, həm də Pirlo. Romalı komanda yoldaşlarımdan Nesta və De Rossi mənə "cazzaro" (Roma dilaektində "axmaq" deməkdi) deyərdilər.

Sabit üz ifadəm sayəsində nə düşündüyümü heç kim anlamır, ancaq bunun bir də müsbət tərəfləri var: özümdən dəli-dəli hekayələr uydururam, komanda yoldaşlarıma cəfəng dolu şeylər danışa bilirəm. Bütün bunları edərkən ətrafımdakılar son dərəcə ciddi olduğumu düşünür, əslində, nələrin baş verdiyini anlamırlar, mən isə əylənirəm. İçdən-içə gülümsəyirəm, ancaq xaricən tamamilə süst, çünki növbəti zarafatımı planlaşdırıram. Rino (Qattuzo) yan-yörədə olanda isə bunlar mənə şillə hesabına başa gəlir.

Yanında ədib, tanınmış natiq və ya Kruska Akademiyasının (dünyanın ən qədim linqvistika akademiyası) üzvü olmadığı müddətcə, Rino ağzını nə zaman açsa, paltardəyişmə otağı Rio karnavalına çevrilirdi. Ağzıyla yel buraxan kim, truba səsi çıxarmağa çalışan, konqa rəqsi edən kim... Həmişə eyni reaksiya: sözünü deməyə imkan vermədən məzələnirdik. Sanki "Milanello"da (həmçinin Koverçanoda) "Marakana" var idi və o, anlayışı olmadığı dildə - portuqalca danışırdı. Düzünü desəm, söhbət Qattuzodan gedirsə, elə italyan dilində də vəziyyət fərqli deyil.
 


Ona "kolxoz" deyərdim, məni vurardı. İntiqam almaq üçün telefonunu oğurlayardım və direktorumuz Ariedo Braidaya mesaj göndərərdim. Bir dəfə, mənim kimi, Rino de Janeyro - Qattuzo - da klubla müqaviləsini yeniləmək üzrəydi. Onun əvəzinə danışıqları mən aparası oldum; telefonuyla Braidaya mesaj göndərdim: "Hörmətli Ariedo, istədiyimi mənə verin, qarşılığında bacım sizin olsun".

Rino olanları öyrəndi, əvvəl məni döydü, sonra Braidaya zəng elədi: "Pirlonun şit zarafatlarından biriydi, mesajı o göndərib". Həmişə bilmək istəmişəm, görəsən, Braida cavabında "çox heyif" deyib, ya yox".

Millinin oyunları ərəfəsində De Rossi Qattuzonun yatağının altında gizlənər, təxminən yarım saat orda gözləyərdi. Qattuzo isə adəti üzrə, otağa girdikdən sonra dişlərini yuyar, leoparda bənzər pijamalarını geyinər, kitabdakı şəkillərə baxıb yerinə uzanardı. O, yuxuya getdikdən sonra Daniele yatağın altından çıxar, Rinonun yan-yörəsini tutar, mən isə qarderobda qorxunc səslər çıxarardım. İnfarkt riski keçirməsinə baxmayaraq, Qattuzo bütün bunları normal qarşılayardı. Əvvəlcə Danieleni döyərdi, sonra da məni.

Bir dəfə onu yanğınsöndürən cihazla islatmışdıq. Səfərdə İrlandiya ilə matçda qazandığımız 1 xaldan sonra DÇ-2010-a vəsiqəni təmin etmişdik. Bu səbəbdən də dörd gün sonra Parmada Kiprlə oynayacağımız matçın yoldaşlıq görüşündən bir fərqi yox idi - ən azından, biz belə yanaşırdıq.

Lippi bir gecəlik istirahət vermişdi. Qattuzo istisna, hamımız yeməyə getdik, o, oteldə qalmağa üstünlük verdi. Yeməkdən qayıdanda hamımız sərxoş idik - həm də çox. İlk əvvəl otelin salonunda bir az söhbətləşdik. Yorğun deyildik, odu ki, vaxt keçirmək üçün nəsə etməliydik. Hamının fikri eyniydi: Qattuzonu dəli eləmək.

Başında ənənəvi yuxu papağı, artıq yuxuya getmişdi. Qattuzonun otağına qalxanda De Rossinin gözünə yanğınsöndürən cihaz sataşdı. "Qattuzonu "söndürəcəm", - deyə dilləndi. Qapını döydük, Rino gözlərini ovuşdura-ovuşdura gəldi. Danielenin əlində yanğınsöndürən, Qattuzo qapını açar-açmaz səpməyə başladı - son damcısına qədər, sonra da gizlənmək üçün otağına (bizim otağımız) qaçdı. Məni, əynində alt paltarı, hər yerindən köpük axan və ağzına nə gəldi danışan "canavar"ın mərhəmətinə buraxıb qaçdı. Yavaş-yavaş ayılmağa başlayırdı. Canımı qurtarmağa çalışdım, ancaq iş işdən keçmişdi. Arxanda Qattuzo var və sənə zərər vermək istəyirsə, ceyran ol, ya da aslan - fərq etməz, nə qədər sürətli qaçsan da, o, həmişə səni yaxalayacaq.



Təhlükə sovuşduqdan sonra De Rossi kişi-kişi ortaya çıxdı: "Bu səs-küy nəydi? Bad Spenser - Terens Hill filmlərini andırırdı". Səs Qattuzonun səsiydi, məni şillə repertuarı ilə təhdid edərək arxamca qaçırdı.

Daha sonra Rino otağına qayıtdı. Ya meydana çıxıb, oynayır, ya da düşərgəyə geri qayıdır - onun xarakteri belədi. O, əyləncə barədə düşünməyi sevmir, konsentrasiyasının pozulmasına izin verməyi xoşlamır. Qattuzoya görə, oyundan qalib ayrılmaq üçün hamı mümkün olan hər şeyi etməlidi.

Hə, bir də, onun batil inancları var. Bəzən mədəmi bulandırır. DÇ-2006-da işlər qaydasında getdiyi üçün bir aya yaxın idi ki, eyni idman paltarını geyinirdi. Üstəlik, Almaniyada havanın temperaturu 40 dərəcəyə yaxınlaşırdı. 1/4 final ərəfəsində artıq iy verməyə başlamışdı. Yanğınsöndürən cihazdan çox, lavanda çiçəyinə ehtiyacı var idi.

Yemək masalarında da Rino sevimli hədəfim idi. Məndən bir az uzaqda - masanın başında oturardı. Bir neçə dəfə məni çəngəllə öldürməyə çalışsa da, əməllərimdən əl çəkməzdim. "Milanello"da yemək zamanı həmişə onu özündən çıxardardıq. Məsələn, hansısa feldən cümlədə düzgün formada istifadə etməyəndə (əksər hallarda səhv edir) tez müdaxilə edərdik. Hətta səhv etməyəndə belə, yalandan yanlışlığa yol verdiyini deyərdik. Mən, Ambrozini, Nesta, İnzaqi, Abbiati və Oddo - biz bir qrup idik, qarşımızda isə Qattuzo var idi:

- Rino, necəsən?
- Pisəm, dünən uduzduq. Qələbə qazansaq, daha yaxşı olardım.

- Rino, bir də yoxla. Denən: "Qələbə qazansaq, özümü daha yaxşı hiss edərdim".
- Hər ikisi eyni şeydi də.

- Yox, Rino, tam olaraq üst-üstə düşmürlər.
- Yaxşı. Qələbə qazansaq, özümü daha yaxşı hiss edərdim.

- Rino, çox cahilsən. Düzü belə olacaq: "Qələbə qazansaq, daha yaxşı olardım".
- Bayaq belə demişdim də...

- Nə demişdin, Rino?
- Qələbə qazanmaqla bağlı olan şeyi.

- Nəyi, Rino? Təkrarlaya bilərsən?

O dəqiqə əsəbiləşirdi. Özündən çıxdığını görəndə tez masadakı bıçaqları yığışdırardıq. Rino da əvəzində, çəngəli götürüb, bizə batırmağa çalışardı. Bir neçə dəfə hədəfi vura bilib. Balıq kimi yumşaq idik: meyvə bıçağı ilə kəsə bilərdiz. Hətta bəzilərimiz (Oddo) Rinonun hücumları nəticəsində matçlarda meydana çıxa bilməmişdi. Klubun rəsmi bəyanatında səbəb kimi "əzələ yorğunluğu" göstərilmişdi.



Əsəbiləşəndə ondan uzaqlaşardıq, ancaq sakitləşib otağına girəndə yenidən ortaya çıxar, çölə çıxmasına mane olmaq üçün qapısının ağzına kresloları düzərdik:

- İmkan verin otaqdan çıxım, məşq başlayır.
- Bizi maraqlandırmır, "kolxoz".

Yenə özündən çıxar, ətrafı dağıdardı. Etiraf edim, əsəbiləşəndə daha yaxşı adama çevrilirdi. Onu ən sevdiyim rejissor - Vudi Allenin filmlərindəki qəhrəmanlara bənzədərdim. Onu beynimdə 8 nömrəli forması ilə canlandırırdım. Ağzı köpüklənə-köpüklənə deyir: "Stridiya yemirəm. Xəstə və ya yaralı olmaz, yeməyimi ölü istəyirəm".

Rinonu mərcə girib, ilbiz yediyinin də şahidi olmuşam. Həqiqətən də, filmlərdəki qəhrəmanlardan bir fərqi yox idi. Özümü meydanda və həyatda rejissor kimi xəyal etməkdən xoşum gəlir. Rino səviyyəsində bir aktyorun mənə "yox" deməsinə heç cür razılıq verməzdim.

Soyunub-geyinmə otağında Qattuzo kimi, komandanı daşıya biləcək adamlara ehtiyac var. İnsanın bədəni qocala bilər, ancaq xarizmada bir dəyişiklik olmur. Belələri meydanda az qaçsalar belə, komanda üçün dəyərlidilər. Rinonun sözləri "Milan"da qanun sayılırdı. Komandaya gələn hər kəs ilk olaraq səhv edəndə Qattuzo ilə üz-üzə qalacağını öyrənirdi. Bu, hamının səhvə yola vermək ehtimalını azaldırdı. O zamanlar belə idi. Yaşlı Vudi Allen də gəlsə, filmin sonunu dəyişdirə bilməzdi...

Andrea Pirlo - "I Think Therefore I Play"

Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X