“Neftçi” ilə yollarını ayıran Syerra-Leone yığmasının futbolçusu Julius Vobayın APOEL-ə transferi baş tutmayıb. Apasport.az saytının xəbərinə görə, 29 yaşlı yarımmüdafiəçi Kiprin digər təmsilçisi – “Anortosis”ə keçib. Bu barədə futbolçunun “vikipediya”sında məlumat yer alıb.
Ötən çempionatın gümüş medalçısı olan bu komanda Kiprdə “Onisilios”, “Nea Salamina” və “Aris”də oynamış Vobayı heyətinə qatıb.
“Anortosis” gürcü baş məşqçisi Timuri Ketsbayanın dövründə Çempionlar Liqasının qrup mərhələsində düşməyi ilə diqqət çəkib.
Qeyd edək ki, Juilus “qızıl dubl” etdiyi “Neftçi”də çempionatda keçirdiyi 31 oyunda 8 qol vurub.
İdman24.az