Fransa çempionatının "Nant" - PSJ oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, buna "sarı jiletlilər”in etiraz aksiyası səbəb olub. Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
XXVIII turun martın 9-a nəzərdə matçı başqa vaxt keçiriləcək. Həmin tarixdə böyük küçə mitinqləri planlaşdırıldığı üçün hüquq-mühafizə orqanları azarkeşlərin təhlükəsizliyinin lazımı səviyyədə təmin ediləcəyindən əmin deyillər. Oyunun hansı tarixdə keçiriləcəyi dəqiqləşməyib.
Fanat.Az