"Tottenhem"in futbolçusu Serj Aurierin sevgilisi Hença Voyqt məhkəməyə verilib.
Fanat.Az xəbər verir ki, buna səbəb onun "Instagram"da 550 min izləyicisi olan Julieanna Qoddardı şantaj etməsi olub.
Əlində Qoddardın çılpaq fotolarının olduğunu deyən Kot-D`İvuardan olan futbolçunun sevgilisi 15 min avro verməyəcəyi halda onları yayacağını bildirib.
Qoddard bundan sonra məhkəməyə müraciət edib. Aurier isə sevgilisinin günahsız olduğunu bildirib.
Fanat.Az