Hazırda bir çox futbol platformasında tətbiq olunan VAR sistemi Azərbaycana da gələcək.
Fanat.Az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
"CBC Sport” telekanalında "Təkbətək” verilişinin qonağı olan Məmmədov martın 4-də keçirilək AFFA-nın konfransında bu sistemin təqdimatı olacağını söyləyib: "Öncə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edərək, belə bir istəkdə olduğumuzu bildirəcəyik. Cavab böyük ehtimalla müsbət olacaq”.
Baş katib bu istiqamətdə tender elan olunacağını vurğulayıb: "Hazırda VAR sisteminin quraşdırılması ilə məşğul olan 3 şirkət var. Tender prosesinin yekunu 3-4 ay çəkə bilər. Daha sonra 10 ay ərzində təlimlər tətbiq olunacaq və nəhayət, VAR praktik tətbiq olunacaq”.
Fanat.Az