AFFA Tovuzda futbol akademiyası yaratmağa hazırlaşır.
Fanat.Az-ın məlumatına görə, bu haqda qurumun baş katibi Elxan Məmmədov məlumat verib.
"CBC Sport” telekanalında "Təkbətək” verilişinin qonağı olan Məmmədov belə deyib: "Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı əlverişli şərait var. Buna görə də seçimimizi etdik. Artıq akademiyanın inşası üçün müvafiq əraziyə də baxmışıq”.
Yeni mövsümdən fəaliyyətə başlayacaq akademiya ilə bağlı AFFA-da "Turan"ın rəsmiləri - Oqtay Abdullayev və Nadir Nəbiyevlə görüş keçirilib: "Akademiyanın qurulması üçün müvafiq tapşırıq verilib və artıq iki məkan seçilib. Növbəti mövsümdən bunun fəaliyyətinin başlanması nəzərdə tutulub".
AFFA-dan gözəl təşəbbüs, əla addımdı. İllərdi mətbuat elə bunu yazır, bu barədə danışır. Həm də təkcə Tovuzda deyil, bir sıra bölgələrimizdə müəyyən addımlar atılmalı idi. Həm də indi yox, 10 il öncə. O zaman futbolumuz indiki durumda olmaz, oyunçu qıtlığı yaşamazdıq. Su boğaza çatarkən saman çöpündən yapışmaq kimi olsa da, hər halda, tərpənişin özü də müsbət məqamdı.
Qeyd edək ki, Tovuzun "Turan” klubu hazırda I divizionda mübarizə aparır.
Fanat.Az