Ukrayna Premyer Liqasında XIX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" Donetsk "Şaxtyor"unun qonağı olub.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Şaxtyor" başçılıq edir. "Dinamo" (Kiyev) 41 xalla 2-ci, "Aleksandriya" 36 xalla 3-cüdü.
Fanat.Az