Türkiyənin "Ərzurumspor" klubunda çıxış edən Raşad Məhəmmədin yalanı üzə çıxıb.
Fanat.Az xəbər verir ki, fransalı yarımmüdafiəçinin Norveçə getmək üçün yalandan sevgilisinin öldüyünü deyib.
Belə ki, Norveçdə yaşayan Martine Fredriksen adlı sevgilisi ilə münasibətləri pozulan futbolçu onunla barışmaq üçün bu ölkəyə yollanmaq istəyib və bu səbəbdən rəhbərliyə yalan danışıb. Amma onun Norveçə gedişi baş tutmayıb. Futbolçunun sevgilisinin ölməsinə rəğmən "Sivasspor"la oyuna çıxması azarkeşlər tərəfindən təqdir edilib.
Lakin sonradan Martine Fredriksenin ölmədiyi müəyyənləşib. Norveçdən və Türkiyədən çox sayda mesaj alan qadın sosial mediadan açıqlama verib:
"Onunla 17 fevrala qədər sevgili idik. Amma o, Linn Kristine və mənimlə eyni anda sevgili imiş. Biz Linnlə bir-birimizi tapdıq və bunu Raşada söylədik. İkimiz də ondan ayrıldıq. Sonra bir anda Raşadın Norveçdə sevgilisinin yol qəzasında ölməsi xəbəri çıxdı. Hər kəs mənə "Öldünmü", "Səni tanımaq gözəl idi" mesajları göndərməyə başladı. Xəbərlərin hamısını oxudum. Baş məşqçiləri Mehmet Özdilek də ona inanıb. Hər kəs öldüyümü düşünür, amma mən yaşayıram. Raşad Türkiyədə insanları aldadır".
Fanat.Az