"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni biznesə başlayır.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz saç əkim mərkəzi açır. Ronaldonun uzun illər yaşadığı Madriddə fəaliyyət göstərəcək mərkəzə onun sevgilisi Corcinya Rodriges başçılıq edəcək.
Mart ayında fəaliyyətə başlayacaq mərkəzdə 150 peşəkar mütəxəssis çalışacaq. Burda qiymətlər 4 min avrodan başlayacaq.
Məsələ ilə bağlı açıqlama verən futbolçunun mətbuat katibi Karla Palansa "Ronaldo 18 martda baş tutacaq açılış mərasiminə qatılacaq. Hazırda Avropa və ərəb dünyasından saç əkdirmək üçün Türkiyəyə çox sayda insan gedir. Bu müştərilərin Türkiyə əvəzinə Madridə gəlməsini istəyirik" deyib.
Fanat.Az