Brendan Rocers "Lester Siti”yə baş məşqçi təyin olunub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı İngiltərə klubu ilə müddəti 2022-ci ilin iyun ayına qədər olan müqavilə bağlayıb.
Mütəxəssis İngiltərə Premyer Liqasının 29-cu turunda "Uotford”la qarşılacaq "tülkülər”i bu günlərdə məşqə çıxaracaq.
Qeyd edək ki, Rocersin son iş yeri "Seltik” olub.
Fanat.Az