Qadın həndbolçular ibarət ABU klubu “Çelenc Cup”da III mərhələsində ilk matçına çıxıb. Fanat.az xəbər verir ki, Bakı təmsilçisi Yunanıstanın “QAS Meqas Aleksandros” komandası ilə qarşılaşıb.
"ABU-Arena"da baş tutan oyunda qonaqlar nominal ev sahibləri sayılsalar da, darmadağınla üzləşiblər. Belə ki, Konstantin Ruvinskinin yetirmələri 32:21 hesabı ilə qalib gəlib. Bununla da sabahkı cavab oyunu ərəfəsində cütün taleyinə böyük ölçüdə aydınlıq gəlib.
Qeyd edək ki, sabah keçiriləcək cavab oyununda komandalar yenə "ABU-Arena"ya çıxacaq. Bu dəfə meydan sahibi qismində təmsilçimiz olacaq.
Fanat.az