"Oyunumuz pis alınmadı. Əsas odur ki, qalib gəldik”.
Fanat.Az xəbər verir ki, bunu "Neftçi”nin futbolçusu Baqali Dabo deyib.
Topaz Premyer Liqasının XIX turunda "Sabah”la qarşılaşan "ağ-qaralar” 3:0 hesablı qələbə qazanıblar.
Qarşılaşmada komandasının qollarından birinə imza atan Dabo oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
O, qələbəni belə şərh edib: "Bütün komanda yaxşı oynayanda, bu, nəticəyə də öz təsirini göstərir. "Səbail”ə qarşı da belə oynamışdıq, sadəcə, bu dəfə səhvlərimiz az idi”.
Fanat.Az