A Seriyası çərçivəsində dünən baş tutan Roma derbisində "Latsio"nun şəhərin eyni adlı təmsilçisini 3:0 hesabı ilə yenməsi aktrisa və model Anna Falçini coşdurub.
Fanat.Az xəbər verir ki, "Latsio" azarkeşi olan 40 yaşlı aktrisa qələbənin şərəfinə yataqda çəkilmiş çılpaq fotosunu "Instagram"da paylaşıb. Anna fotoya "Bizim üçün unudulmaz gecə idi. Bu an yatağa çılpaq girə bilərəm. Sizin Annadan xoş gecələr və şirin yuxular" şərhini yahıb.
Qeyd edək ki, bu Annanın "Latsio" üçün etdiyi ilk çılğınlıq deyil. O, 2000-ci ildə komanda çempion olduqdan sonra da soyunmuşdu. Gözəl aktrisa 21 may 2000-ci ildə Roma Olimpiya Stadionunda keçirilən çempionluq bayramında striptiz göstərmişdi.
Fanat.Az