AFFA-nın 2018-ci ildə federasiyalara və üzvlərə ödədiyi vəsaitin məbləği açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun Hesabat Konfransında təqdim olunan Maliyyə və Mühasibat Departamentinin 2018-ci il üçün hesabatında bildirilib.
AFFA Futzal Federasiyasına 493 min 400, Futbol Veteranları İttifaqına 191 min 565, Regional Futbol Federasiyasına 160 min 70, Uşaq və Gənclər Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 83 min 250, Əlillər Futbol Federasiyasına 118 min 185, Peşəkar Futbol Liqasına 40 min, İctimai Futbol Federasiyasına 17 min 200, Tələbə Futbol Federasiyasına 41 min 500 manat köçürülüb. Sahə Futbol Federasiyasına 15 min manat
manat ayırıb.
Vəsaitin ümumi məbləği 1 milyon 340 min 170 manat təşkil edib.
Fanat.Az