13:03 04.03.2019 2513

Elxan Məmmədov: "O pulların hara xərcləndiyi mənə də maraqlıdı"

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı baş tutub. Fanat.Az xəbər verir ki, konfransdan dərhal sonra İcraiyyə Komitəsinin yığıncağı təşkil edilib. Toplantı başa çatdıqdan sonra keçirilən mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlər önünə çıxıb.

- Tovuzdakı akademiyanın sistem proqramı necə olacaq? Məsələn, Sumqayıt akademiyası effekt vermədi. Burda necə olacaq?
- Sumqayıtda uşaq və yeniyetmə akademiyası yaratmamışdıq. Burda isə "Turan" klubunun nəzdində akademiya fəaliyyət göstərəcək və AFFA ona nəzarət edəcək. idarəetmə isə klubun tərkibində olacaq. Uşaqlar da kluba məxsus olacaqlar. Ordan gələn maliyyə gəliri də klubda qalacaq. Klubun onları digər klublara icarəyə vermək və satmaq hüquqları olacaq.

- Bu yaxınlarda UEFA-dan hər kluba maliyyə vəsaiti ayrılmışdı. Klublara tapşırmışdınız ki, uşaq futbolu ilə bağlı konsepsiya təqdim edilsin...
- Bütün klublarla mütəmadi danışırıq. Mənə də maraqlıdı ki, o pullar hara xərclənib. Qış fasiləsində klublar əcnəbi futbolçuların transferlərinə xərcləndi. Bu da xoşagəlməz haldı. Uşaq futboluna xərclənən vəsait şəffaf şəkildə açıqlanmalıdı. Klubların əksəriyyəti konsepsiyanı verdi. O demək deyil ki, 500 min avronun hamısı bu il xərclənməlidi. Bu, az məbləğ deyil. Bu pul 2 ili də əhatə edə bilər. İcraiyyə Komitəsində bununla bağlı ötən dəfə də müzakirə olmuşdu. Görsək ki, həmin məbləğ uşaq futboluna ayrılmayıbsa, növbəti mövsüm üçün uşaq futboluna ayrılan pul klublara verilməyəcək.

- Qadınlardan ibarət hansısa klubumuzun avrokuboklardakı çıxışı məsələsi necə olacaq?
- Qadınlarda artıq milli komanda təmsil olunacaq. Əvvəlki illərdə əsasən xaricdən gələn futbolçulardan ibarət olurdu. Sonra Azərbaycandakı qadınlar arasındakı turnirdən əvvəl yeni nəfəs hiss olundu. Həmin qadınlar aktiv futbol həyatını davam etdirirlər. Komandada iştirak edən üzvlər bizimlə görüşə gəldilər və xahiş etdilər ki, əsas yığma fəaliyyətə başlasın. Bölgədə yaxşı nəticə qazana bilərik. Amma Qərbi Avropa komandalarına qarşı mübarizə aparmaq çətindi. O zamanlar ideya var idi ki, həmin yığmanın nəzdində Çempionlar Liqasına gedən klub olsun. Qızlarımız özləri bunda maraqlı oldular.

- Xarici ölkələrdə akademiya yaradılanda tapşırıq verilir ki, qısa müddətdə əsas komandaya oyunçular verilsin. Sizin belə tələbiniz olacaqmı?
- Hər akademiyanın məqsədi istedadlı uşaqları üzə çıxarmaqdı. Heç kim deyə bilməz ki, akademiya eyni səviyyədə olan 11 oyunçu yetişdirə bilər. Bu, Tovuzda, bölgədə yaşayan uşaqlar üçün imkandı. Klubun özündə də maraq olacaq ki, yaxşı futbolçular yetişdirsin və əsas komandada oynatsın. Və ya satıb, gəlir əldə etsin.

- Lisenziyalaşdırma ilə bağlı I divizion klublarından ancaq "Turan" klubu müraciət edib. Bunun akademiyanın yaradılmasına müsbət təsiri ola bilərmi?
- Bəli, uzunmüddətli ola bilər. Premyer Liqanın qapıları açıqdı. Tovuzda da, digər bölgələrdə də iş adamları maraqlı olsalar, onlara Premyer Liqanın qapıları açıqdı.

- Növbəti mövsüm üçün Premyer Liqa iştirakçılarının sayı barədə müzakirə oldumu?
- Hesabat zamanı qeyd etdiyimiz kimi, hər iclasımızda bu məsələ müzakirə olunur. Biz də 10 komanda istəyirik. Amma bu gün hər şey bizdən asılı deyil. Onsuz da I divizionda iştirak edən komandaların bəzilərini AFFA maliyyələşdirir. Premyer Liqanın da bəzi klubları AFFA və ya SOCAR tərəfindən maliyyələşir. Gəlin, prosesləri izləyək. Görək, neçə komanda sənədlərini qaydalara görə uyğunlaşdıracaq.

- Müsahibələrinizin birində apreldə iş adamları ilə görüşəcəyinizi demisiniz. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə görüşünüz planlaşdırılıbmı?
- UEFA ilə bu barədə müzakirə aparılıb, onların da nümayəndəsi burda olacaq. Yerli və xarici şirkətləri həmin iclasa dəvət edəcəyik. Vergilər Nazirliyi yeni qaydalara görə, güzəştlər tətbiq edib. Buna görə də, iş adamlarını futbola cəlb etmək istəyirik. Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olacaq. Bu dəyişiklik əlavə motivasiya olmalıdı.

- Region Liqasının əhatə dairəsi genişdi. Ordan I diviziona yüksələn komanda olacaq?
- Bir komanda maraq göstərir. Onlarla görüş də təyin etmişik. Planımız məhz Region Liqasından I diviziona komandanın gəlməsi idi. Sevindirici haldı ki, Region Liqasına bölgələrdə böyük maraq var. Bu liqanın ən yaxşı qapıçısı da dünən dünya ulduzları ilə bir yerdə oynadı.

- Cari mövsüm "Kəpəz"də maliyyə ilə bağlı problemlər üzə çıxdı. Bununla bağlı problem nədən qaynaqlanırdı?
- Maliyyə problemi yoxdu. Ödənişlərdə gecikmələr oldu. Rəhbərlik dəyişdiyi üçün sənədləşdirmə prosesləri oldu. Əvvəlki rəhbərliyin imza hüququ var idi. İcra Hakimiyyəti ilə danışmışıq, növbəti mövsüm üçün dəyişikliklər tətbiq olacaq.
 
- Region Liqasına yaş limiti tətbiq etmək olarmı?
- Bu, həvəskar statuslu turnirdi. Bir tərəfdən sevindirici haldı ki, 40 yaşdan sonra 90 dəqiqə oynamağa imkanı olan futbolçular var. Həvəskar həyatı yaşayırlar. Bu o deməkdi ki, həmin insanlar sağlamdı. Region Liqasına limit tətbiq etsək, o zaman onu peşəkarlığa doğru apara bilərik. Əvvəlcə bir neçə il gözləyək, bu qaydada davam etdirək. Yeni yaradılmış liqadı, iki il də gözləyək. Ehtiyac olarsa, ondan sonra mütəxəssislərlə məsləhətləşib, limit tətbiq edə bilərik. (matc.az)

Fanat.Az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X