"Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayevə daha bir müştəri çıxıb.
Fanat.Az-ın məlumatına görə, orta xətt oyunçusunu "Neftçi” izləyir. İndiki klubunda belə desək, "qəpik-quruş”a oynayan İsayevin Bakı klubuna keçmək ehtimalı az deyil.
"Ağ-qaralar”ın sözçüsü Rüstəm Allahverdiyev isə Alekseylə danışıq aparmadıqlarını bildirdi: "Futbolçunun hazırda klubu ilə müqaviləsi var. Bununla bağlı qarşı tərəflə heç bir rəsmi və qeyri-rəsmi söhbətimiz olmayıb”.
Qeyd edək ki, "Qarabağ”da "Yenisey”in yetirməsi ilə maraqlanır.
Fanat.Az