13:47 06.03.2019 2399

Şirkətlər və futbol klubları üçün yeni imkanlar

Azərbaycanda futbol klublarına sponsorluq edəcək şirkətlərə güzəşt tətbiq olunacaq. 

Fanat.Az "Report”a istinadən xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

106.1.18 maddəyə uyğun olaraq, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə vergidən azad olunur. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Məsələn, "A” MMC uşaq futbolunun inkişafı məqsədilə futbol klubunun bank hesabına 5.000 manat vəsaiti nağdsız qaydada köçürür. Hesabat ilinin yekunlarına görə "A” MMC 40.000 manat vergiyə cəlb olunan mənfəət əldə edibsə, şirkətin futbol klubuna köçürdüyü 5.000 manatlıq vəsaitin 4.000 manatı (mənfəətin 10%-dən çox olmayan hissəsi) onun vergiyə cəlb olunan mənfəətindən çıxılır: 40.000 - 4.000 (40.000 x 10% = 4.000) = 36.000.

Məcəllədəki dəyişiklikdən idman sektoru daha çox faydalana bilər. Bu istiqamətdə ilk addımı AFFA atmaq niyyətindədir. Qurum Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri üçün apreldə konfrans təşkil edəcək. Tədbirə UEFA-dan da nümayəndə dəvət ediləcək.

Bəs futbol komandaları Vergi Məcəlləsindəki dəyişiklikdən necə yararlana bilərlər? 

"Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov hesab edir ki, bu dəyişiklik idman, o cümlədən futbol sektoruna yeni sponsorların cəlb edilməsi üçün əlavə təkan olacaq. Onun sözlərinə görə, bu məsələdə əsas iş futbol klublarının üzərinə düşür: "Yenilik ondan ibarətdir ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də idman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülürsə, həmin hissə bu ilin yanvarından 10 il müddətinə vergidən azad olunur. Güzəştin şirkətlər üçün maraqlı olacağına inanıram. Lakin bu məsələdə əsas iş futbol klublarının üzərinə düşür. Məhz klublar təşəbbüs göstərməli, yeni sponsorların tapılması üçün konkret addımlar atmalıdırlar. Məsələn, şirkətləri fəaliyyət sektorlarına uyğun olaraq, bir neçə qrupa bölmək və hər biri üçün uyğun reklam paketləri hazırlayıb, təqdim etmək mümkündür. Təkliflər elə formada hazırlanmalıdır ki, şirkətlər əməkdaşlıqda maraqlı olsunlar”.

E.Eyvazov klub və şirkətlərin məhsulların dəyişdirilməsi üsulu ilə əməkdaşlığa xüsusi diqqət ayırmalı olduqlarını düşünür. Klub rəsmisi buna misal olaraq, "Neftçi” və "Vita1000” arasında bağlanmış sponsorluq müqaviləsini göstərib: "Sponsorluq müqavilələri yalnız kommersiya xarakterli olmur. Təəssüf ki, bizim futbol sektorunda barter, yəni məhsulun dəyişdirilməsi yolu ilə klub və şirkətlər arasında sponsorluq anlaşmalarına az rast gəlinir. Halbuki bu istiqamətdə ciddi işlər görmək olar. Klublar öz tələbatlarına uyğun məshulları məhz bu üsulla əldə edə bilərlər. Məsələn, "Neftçi”nin "Vita1000”lə müqaviləsi var. Razılaşmaya əsasən, şirkət bannerlərinin stadion, eləcə də müxtəlif tədbirlərdə yerləşdirilməsinin müqabilində klubu mineral su ilə təmin edir. Eyni şeyi geyim, qida, nəqliyyat şirkətləri, tibbi müəsssisələr, otellər və digərləri ilə də etmək olar. Xarici ölkələrdə futbol klublarının ana sponsorlardan əlavə, 30-40 kiçik sponsorları var və onlardan gələn vəsait az qala büdcənin yarısını təşkil edir”.

İqtisadçı-ekspert Samir Əliyev də Vergi Məcəlləsindəki müvafiq dəyişikliyi müsbət qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, Premyer Liqada izləyici sayı artsa, sponsorlar da maraq göstərər: "Bu dəyişiklik elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrini stimullaşdırmaq üçün atılmış addımdır. Lakin şirkətlərin güzəştdən yararlanmaqda nə dərəcədə maraqlı olacaqlarını zaman göstərəcək. Bir qayda olaraq, maliyyələşmə məsələsində iri şirkətlər maraqlı olurlar. Kiçik şirkətlər nadir hallarda bu cür sahələrə vəsait ayırırlar. Ancaq istənilən halda, dəyişikliyi müsbət qiymətləndirirəm. Şirkət sponsorluq müqaviləsini məhsulunu reklam etmək üçün bağlayır. Söhbət futbol klubundan gedirsə, burada düşüncə belədir ki, komandanın oyununu məsələn, 100 min adam izləyəcək və onlar şirkətin məhsulunu bannerlərdə görəcəklər. Halbuki bəzi saytları çıxmaq şərti ilə, digərlərində həmin reklamı o qədər adam görmür. Futbolda isə reklam olunan brendin izlənilmə ehtimalı daha yüksəkdir. Ancaq əsas məsələ Azərbaycan Premyer Liqasının oyunlarına stadion və televiziya vasitəsi ilə neçə nəfərin baxmasıdır. Məsələn, telekanallarda nümayiş etdirilən verilişlərin reytinqi tərtib olunarkən subyektiv yanaşma olur. Futbolla bağlı real, obyektiv məlumatlar olmalıdır. Şirkət sponsorluq etdiyi klubun oyununa 100 min nəfərin baxdığına əmin olsa, vəsait ayırar. Bizdə təəssüf ki, milli çempionata böyük maraq yoxdur. Yalnız yığmanın və klubların avrokubok matçlarına çox adam baxır. Premyer Liqada izləyici sayı artsa, sponsorlar da maraq göstərər”.

S.Əliyev daha bir problem kimi istehsal bazarının olmamasını göstərib: "Azərbaycanda yayımlanan seriallara diqqət yetirin – baş sponsor filmin içində də öz məhsullarını yerləşdirir. Filmin mahiyyəti qalır bir kənarda, ancaq reklam gedir. Bizdə sponsorlar daha çox bahalı xidmət göstərən özəl klinikalar, həkimlərdir. İstehsal şirkəti yox dərəcəsindədir. Reklam bazarının olmamasının əsas səbəblərindən biri istehsal bazarının zəif olmamasıdır. Daha çox idxaldır. Yəni, bütün bunlar bir-birinə bağlı məsələlərdir. Sponsorların azlığı, reklam bazarının zəif olması təkcə futbol sektoruna mənfi təsir etmir”.

AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev isə bildirib ki, milli assosiasiyanın tərəfdaşlıq etdiyi əksər şirkətlər özəl sektora aid olduqlarından, Vergi Məcəlləsindəki dəyişiklik onlara da sirayət edəcək. "Biz futbol sponsorluğunun ölkəmizdə biznesə də faydalı olduğuna inanırıq. Məqsədimiz təkcə sosial xarakterli deyil, həm də hər iki tərəf üçün səmərəli və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır. Tərəfdaşlıq yalnız sosial xarakterli olduqda və tərəfdaş şirkətlər hər hansı iqtisadi çətinliklə qarşılaşdıqda, düşünmədən birinci həmin xərcləri təxirə salır. Bununla da maliyyə mənbəyi davamlı olmur və tərəfdaşlığın nə dərəcədə uğurlu alınmasından asılı olmayaraq, davamiyyətinə təsir gücümüz olmur. Vergi məcəlləsindəki məlum dəyişiklik isə şirkətlərə sponsorluq xərclərində qənaət etməyə və yeni sponsorların cəlb olunmasına şərait yaradacaq”.

Federasiya rəsmisinin sözlərinə görə, sponsorluq məsələsində klublardan şirkətlərə düzgün yanaşmanın olması zəruridir: "Biz il ərzində öncədən müəyyən etdiyimiz biznes sahələri üzrə onlarla şirkətlə görüşüb müzakirələr aparırıq. Uğurlu tərəfdaşlıq üçün qarşı tərəfin gözləntilərini bilmək və buna uyğun məhsul təklif etmək önəmlidir. Kommersiya müqavilələri ilə yanaşı, barter xarakterli sponsorluq anlaşmaları da bağlamaq mümkündür. Bunun üçün klublar öz xərclərini gözdən keçirməli, buna uyğun şirkətlər tapmalıdırlar. Məsələn, səyahət, sığorta, nəqliyyat və digər bir çox sahədən olan şirkətlərlə əməkdaşlıq etmək olar”.

Mütəxəssislərin də vurğuladığı kimi, Vergi Məcəlləsinə edilən dəyişiklik elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların stimullaşdırılmasına xidmət edir. Güzəştin effektiv olması üçün hər iki tərəfin fəallıq, təşəbbüs göstərməsi zəruridir. Məsələn, futbol klubları öz tələblərini qarşılayacaq sponsorlar tapıb, onlara uyğun reklam paketləri təklif etməlidirlər. Şirkətlər isə futbol sektorunu analiz etməli, məhsulunu daha böyük auditoriyaya çıxaracaq klubları müəyyənləşdirməlidirlər...

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X